Ötən il Azərbaycandan Gürcüstana 40 mln. dollardan çox pul köçürülüb
Ötən il Azərbaycandan Gürcüstana 40,2 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatından məlum olur. Köçürmələrin həcmi illik müqayisədə 3,53 milyon ABŞ dolları və yaxud 8,07% azalıb. Hesabat ilində Gürcüstandan Azərbaycana isə 65,92 milyon ABŞ dolları daxil olub ki, bu da 2024-cü ilin eyni göstəricisindən 36,4% çoxdur. Azərbaycandan Gürcüstana ən çox pul köçürmələri 3,98 milyon ABŞ dolları olmaqla aprel ayında reallaşdırılıb. Gürcüstandan Azərbaycana isə ən çox pul köçürmələri (6,95 milyon ABŞ dolları) oktyabr ayında qeydə alınıb.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















