Polis Tovuzda külli miqdarda narkotiki satmaq istəyən şəxsləri saxladı
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkokuryerlik edən şəxslər - əvvəllər məhkum olunmuş 25 yaşlı Eşqin Ələkbərov və onun həmyaşıdı Seymur Zeynalov saxlanılıblar. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, E.Ələkbərovun yaşadığı ünvana baxış keçirilən zaman oradan 3 kiloqram 200 qram marixuana və 3 kiloqram 350 qram həşiş aşkarlanıb. Araşdırmalarla müəyyən olunub ki, həmin şəxslər ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayonu ərazisində gizlədilən narkotikləri satmaq məqsədilə əldə ediblər. Faktla bağlı cinayət işi başlanıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















