"Qarabağ"-"Ayntraxt" oyunun biletləri satışa çıxıb
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayntraxt Frankfurt” oyununun biletləri satışa çıxarılıb. Biletlər yalnız iTicket.az saytı və mobil tətbiqi vasitəsilə QR bilet formatında satılır. Qaydalara əsasən, hər bir istifadəçi bir hesab üzərindən maksimum 5 bilet əldə edə bilər. QR biletlər oyuna 12 saat qalmış mobil tətbiqdə aktiv ediləcək və biletin fotoşəkli və ya ekran görüntüsü rəsmi bilet kimi qəbul olunmayacaq. Bilet qiymətləri sektorlara görə fərqlənir. Standart sektorlar üzrə qiymətlər 10, 15, 25, 35, 40, 50 və 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektor üçün isə 1000 manat müəyyən edilib. Qarşılaşma 21 yanvar tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.





















