Nazirdən şad xəbər: Bu il 450 minə yaxın şəxs...
Dövlət Məşğulluq Agentliyi tərəfindən 2026-cı ildə 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması proqnozlaşdırılır. Mediaxeberleri.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev AzTV-yə müsahibəsində deyib. O bildirib ki, bu il 15 minə yaxın şəxsin özünüməşğulluq proqramına cəlb olunması, habelə peşə hazırlığı və peşəyönümü xidmətlərinin davam etdirilməsi planlaşdırılır. “2026-cı ildə əhalinin aktiv məşğulluq tədbirlərinə cəlb olunması Nazirlik üçün prioritet hesab olunacaq”, - nazir qeyd edib.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:





















