Ağstafada aparılan abadlıq işləri - FOTOLARDA
Bunu son bir neçə ildə günü-gündən gözəlləşən Ağstafada aparılan abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Ağstafa şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir. Ağstafada abadlıq və quruculuq işləri aparılan daha bir ünvan isə xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkın qarşısıdır. Belə ki, parkın giriş hissəsi yenidən qurulub. Sözügedən əraziyə tamet döşənib, bardür düzülüb. Parkın girişində olan sütunların üzəri yenidən abadlaşdırılaraq müasir və göz oxşayan formada yığılıb. Əraziyə müasir oturacaqlar və zibil qabları qoyulub, Müasir işıqlandırma sistemi quraşdırılıb. Gül kolları əkilib, yaşıllıq salınıb. Bir sözlə, sözügedən ərazi abadlaşdırılaraq rayon sakinlərinin istifadəsinə verilib. Gündüz olduğu kimi, gecə də göz oxşayan həmin ərazi bu gün sakinlərin ən sevimli məkanına çevrilib. Ağstafalılar, rayon sakinləri son illər ölkə başçısının rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Ağstafada da genişmiqyaslı quruculuq işlərinin aparılmasını razılıq hissi ilə qarşılayır, bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında, ölkə rəhbərinin göstərdiyi qayğı sayəsində respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları uğurla icra olunur ki, bu, paytaxt Bakı ilə yanaşı, bütün bölgələrimizin inkişaf etdirilməsi deməkdir. 




























