Dörd yaşlı qızın əli ətçəkən maşında qalıb, biləyi kəsilib
Rusiyanın Tümen vilayətinin Slobodçiki kəndində uşaq əlini işləyən elektrik ətçəkən maşına salaraq ağır xəsarətlər alıb. Verilən məlumata görə, 23 yaşlı ana qızını ətçəkən maşını işə salınmış vəziyyətdə mətbəxdə nəzarətsiz qoyub. Bir vaxt uşaq maraqdan sağ əlini aqreqatın içinə salıb. Ətçəkən maşınının bıçaqları qızın əlini bilək səviyyəsindən kəsib. Dörd yaşlı qız təcili olaraq xəstəxanaya yerləşdirilib, onun əlinin yenidən tikilməsi və əlin motor funksiyalarının qorunub saxlanamasının mümkün olub-olmayacağı hələ məlum deyil. Zərərçəkmişin anası barəsində ağır bədən xəsarəti yetirdiyinə görə cinayət işi açılıb. Qadın yaşadığı yeri tərk etməməsi barədə iltizam verib. Ailədə iki və üç yaşlı daha iki uşağın olduğu məlum olub. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir. Mənbə: Gazeta.ru