Əliabad qəsəbəsində YOL PROBLEMİ: "Palçıqdan, zığdan hərəkət edə bilmirik" - VİDEO
Naxçıvan şəhərinin Əliabad qəsəbəsində yol problemi sakinlərin narazılığına səbəb olub. Belə ki, 4 000 nəfərdən çox əhalinin yaşadığı qəsəbədə 2025-ci ildə yollarda əsaslı təmir işlərinə başlanılıb. Baku TV-nin məlumatına görə, görülən işlər yalnız qəsəbənin müəyyən hissələrini əhatə edib, digər ərazilər isə yarımçıq vəziyyətdə qalıb. Sakinlərin sözlərinə görə, yolun təmir olunmayan hissələrində hərəkət, demək olar ki, mümkünsüzdür. "Xəstə adamıq, palçıqdan, zığdan hərəkət edə bilmirik. Şikayət edəndə deyirlər ki, baxılacaq. Gəlib baxdılar, lakin işi yarımçıq qoyub getdilər. Qapımıza maşın da gələ bilmir", - deyə sakinlərdən biri bildirib.
Oxunub: 205
Xəbəri paylaş
Paylaş:





















