Qohumlarının gözü qarşısında ərini QANINA BOYADI, SONRA...
Rusiyanın Perm diyarının Kuedinski rayonunun sakini ərini qohumlarının gözü qarşısında danladıqdan sonra onu bıçaqla kəsib. Mediaxeberleri.Az URA-ya istinadla xəbər verir ki, bu barədə məhkəmə sənədlərində deyilir. "Müttəhim oğlu və həyat yoldaşı ilə həyətdə "besedka"da olarkən ərinin çiynindən bir neçə bıçaq zərbəsi vurub. Zərərçəkmiş ona iradını bildirib və oğlu ilə söhbətə qarışmamasını, evə getməsini deyib. Bu sözlərə görə o, bıçaq xəsarətləri alıb”, - deyə Kuedinski Rayon Məhkəməsinin saytında dərc olunan materiallarda bildirilir. Məhkəmədə qadın ərinin sözlərindən çox incidiyini bildirib. O, əvvəlcə ona fincan atıb, sonra isə bıçaqla onun qolundan və çiynindən bir neçə dəfə bıçaqlayıb. Onun sözlərinə görə, əri ləyaqətsiz insandır və spirtli içkilərdən sui-istifadə edir, ona görə də ona diktə etməyə haqqı yoxdur. Qadın etdiyi əməldən peşman olduğunu, ərindən üzr istədiyini və ərinin onu bağışladığını vurğulayıb.