“İndi varlı olmaq qorxuludur, bir də baxırsan, içəridədir”
"Əvvəllər varlı olmaq insana hörmət qazandırırdı, pullu insanlarla dost olmaq prestij sayılırdı, pulla bir çox problemlər həllini tapırdı. İndi isə varlı olmaq qorxuludur. Bir də baxırsan ki, həm özü, həm də ətrafı tutulub, içəridədir".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. O, insanları maddiyyata görə dəyər verməməyə səsləyib:
"Ona görə də pullu adamların ətrafında az yaltaqlıq edib fırlanın. Vəzifə də bu gün var, sabah yox. Vicdanlı insan modeli yenidən dəbə gəlməlidir ki, insanlar bir az yaltaqlıqdan, ikiüzlülükdən, pulu və vəzifəsinə görə başqalarına yuxarıdan aşağı baxmaqdan əl çəksinlər. Gedin yığdığınız pulları xeyirli işlərə xərcləyin. Özünüzlə torpağın altına aparmayacaqsınız. Heç olmasa ağac əkin ki, nəfəs ala bilək".





















