Güclü zəlzələ sunami TƏHLÜKƏSİ YARATDI: yaponlara çağırış edilib ki...
Yaponiyanın ucqar Oqasavara və İzu adaları üçün bir metrə qədər sunami təhlükəsi yaranıb. Bu barədə ölkənin milli meteorologiya departamenti məlumat yayıb. Bildirilib ki, artıq ərazidə hündürlüyü təxminən 40 sm olan gelgit dalğaları qeydə alınıb. Sakinlər sahil zolağına yaxınlaşmamağa çağırılıb. Tələfat və dağıntılar barədə hazırda məlumat yoxdur. Sunamiyə Sakit Okeanda baş verən növbəti zəlzələ səbəb olub. Ötən həftə 6,6 bal gücündə zəlzələ də bir metrə çatan sunami təhlükəsini artırıb. Sunami dalğalarının oktyabrın 5-də yerli vaxtla təxminən 11:30-da İzu adaları qrupuna çatacağı gözlənilirdi. İki gün sonra Papua Yeni Qvineyada 7,0 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri 27,4 min nəfərə yaxın insanın yaşadığı Madang kəndindən 63 km cənub-şərqdə yerləşib. Seysmik hadisənin mənbəyi 72 km dərinlikdə olub.