Cəbrayıl və Füzulidə başlayan yanğının ərazisi genişlənib
Fövqəladə Hallar Nazirliyi (FHN) Füzuli və Cəbrayılda başlayan yanğınla bağlı məlumat yayıb. Qurumdan Oxu.Az-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq olaraq Cəbrayıl və Füzuli Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub. Hazırda əsasən kol-kosdan ibarət sahələrdəki yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.
Oxunub: 156
Xəbəri paylaş
Paylaş:





















