ANAMA mətbuat fonduna yeddi milyon manat ödəyəcək
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında yeni satınalma müqaviləsi bağlayıb. Mediaxeberleri.Az xəbər verir ki, bir mənbə hesabına həyata keçirilən satınalmanın məbləği 7 milyon 24 min 230.8 manatdır. Satınalmanın şərtləri açıqlanmasa da müqavilə çərçivəsində işğaldan azad olunmuş ərazilərinin, həmçinin müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan və digər partlayıcı qalıqlardan təmizlənməsi işlərinin görüləcəyi məlumatda əksini tapıb. İşlərin icrasına 2025-ci il dekabrın 30-dan başlanılıb və xidmətlərin tamamlanma tarixi 2026-cı il dekabrın 31-dək müəyyən edilib.
Oxunub: 164
Xəbəri paylaş
Paylaş:





















