Qazaxda yanacaq daşıyan maşın yandı, ölən var - Video
Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib. Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub. *** Qazax rayonunun Xanlıqlar kəndi ərazisində "SOCAR PETROLEUM" QSC-yə məxsus 7 saylı neft bazası sahəsində yanğın hadisəsi yanacaq daşıyan avtomobildə doldurma prosesi zamanı baş verən partlayışla əlaqədardır. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə QSC-nin məlumatında deyilir. Bildirilib ki, yanğın hadisəsi ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində yanğının ətrafa yayılmasının qarşısı alınıb, qısa müddətdə məhdudlaşdırılması təmin olunaraq tam söndürülüb. Hadisə nəticəsində neft bazası sahəsində süzücü-doldurucu vəzifəsində çalışan İbrahimov Şamil Zabit oğlu həyatını itirib. Qeyd olunub ki, hazırda yanğının başvermə səbəbləri araşdırılır. *** Qazax Neft Baza Sahəsinin həyətində MAN markalı avtomobildə baş vermiş partlayış-yanğın nəticəsində Neft Baza Sahəsində süzücü-tökücü vəzifəsində işləyən Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimov yanaraq ölüb. Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma gedir.





















