Türkiyə Superkuboku: İlk finalçı məlum oldu
Türkiyə Superkubokunun yarımfinal mərhələsini ilk oyunu başa çatıb. Mediaxeberleri.Az xəbər verir ki, Gaziantep stadionunda "Qalatasaray"la "Trabzonspor" üz-üzə gəliblər. İstanbul təmsilçisi rəqib qapısından dörd top keçirib. Yılmaz (38), Elmalı (45+3), Akgün (63) və İkardi (81) fərqləniblər. Trabzonluların gücü bu qollardan yalnız birinin əvəzini çıxmağa yetib. Auqusto (55) komandasına təsəlli verib - 4:1.
Oxunub: 205
Xəbəri paylaş
Paylaş:





















