Dövlət qulluğuna imtahanlar başa çatdı
Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib. Bu barədə Mediaxeberleri.Az-a DİM-dən bildirilib. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 8 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 188 nəzarətçi‑müəllim, 30 buraxılış rejimi əməkdaşı ayrılıb. Oktyabrın 9-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.
Oxunub: 221
Xəbəri paylaş
Paylaş: