İsraildə bütün dərslər dayandırıldı
İsrail Təhsil Nazirliyi təhlükəsizlik vəziyyəti ilə əlaqədar oktyabrın 9-da və 10-da ölkə üzrə təhsil müəssisələrində dərsləri dayandırıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Kan” radiosu İsrail Təhsil Nazirliyinə istinadla məlumat yayıb. Qeyd edək ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailə qarşı genişmiqyaslı hücumlara başlayıb. Hücum nəticəsində 600-dən çox yerli sakin ölüb, 2 mindən çox insan xəsarət alıb. Xeyli sayda mülki şəxs də fələstinlilər tərəfindən girov götürülüb.
Oxunub: 229
Xəbəri paylaş
Paylaş: