31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü Qazax RMX-da qeyd olundu
Bu münasibətlə Qazax Rayon Mərkəzi Xəstəxanasında xüsusi tədbir təşkil olunub. Tədbirdə rəhbərlik, tibbi və inzibati heyət iştirak edib.
Tədbirin açılışında çıxış edən xəstəxananın direktoru Afiq Fərruxov, Həmrəylik Gününün Azərbaycan xalqının milli birlik və bərabərlik simvolu olduğunu vurğulayıb.
O, kollektivin fədakar əməyini yüksək qiymətləndirərək, səhiyyə sahəsində göstərdikləri xidmətlərə görə dərin təşəkkürünü bildirib və xoş arzularını çatdırıb.
Bu cür tədbirlər kollektiv daxilində həmrəyliyin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin yaşadılmasına və gələcək fəaliyyətimizdə daha böyük ruh yüksəkliyinin formalaşmasına xidmət edir.
Biz də öz növbəmizdə, daim xidmətimizdə olan Qazax Rayon Mərkəzi Xəstəxanasının direktoru Afiq Fərruxov başda olmaqla bütün həkim və tibb işçilərini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinə möhkəm can sağlığı, ailə səadəti və peşə fəaliyyətlərində uğurlar arzulayırıq.