Bu gün Biləsuvar və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Bu gün Biləsuvar və Lənkəran rayonlarının bəzi ərazilərinin elektrik enerjisi təchizatında fasilə yaranacaq. "Report"un Muğan bürosunun məlumatına görə, dekabrın 30-da Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 20 mVA gücündə transformatorda təmir işi aparılacaq. Bununla əlaqədar saat 12:00-dan 13:00-dək rayonun bir sıra yaşayış məntəqələri və şəhər ərazisinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Həmçinin Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 4 saylı şəhər hava xəttində təmir işləri həyata keçiriləcək. Bu səbəbdən, saat 12:30-dan 14:30-dək şəhər ərazisində Müzəffər Nəsirli, Şəkər Aslan, Vidadi, Şahin Məmmədov, Səməd Vurğun, Şirəli Axundov küçələrində elektrik enerjisinin verilişi dayandırılacaq. Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa ediləcək.





















