Misli Premyer Liqası: "Sabah" səfərdə "Sumqayıt"a qalib gələrək liderliyə yüksəldi
Misli Premyer Liqasında bu gün ilin son oyunu keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, 16-cı turun 4-cü günündə 1 matç nəzərdə tutulub. Belə ki, "Sumqayıt" evdə "Sabah"ı qəbul edib. Paytaxt təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gələrək xal sayını 37-yə çatdırıb və fasiləyə lider olaraq yollanıb. Bu komandalar arasında 1-ci dövrənin matçı 1:1 hesabı ilə yekunlaşıb. 22 dekabr (bazar ertəsi) 19:30. “Sumqayıt” – “Sabah” - 1:3 Qol: Velko Simiç, 26 (0:1), Velko Simiç, 50 (0:2), Keffel Resende, 60-avtoqol (0:3), Ronaldo Vaskez, 66 (1:3) 19 dekabr (cümə) “Kəpəz” - “Turan Tovuz” - 0:2 20 dekabr (şənbə) “Karvan-Yevlax” - “Neftçi” - 1:2 “Zirə” – “İmişli” - 0:0 21 dekabr (bazar) “Qəbələ” – “Qarabağ” - 1:2 “Araz-Naxçıvan” – “Şamaxı” - 2:0 Bombardirlər: Coy-Lens Mikels (“Sabah”) - 9 qol Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol Toral Bayramov (“Qarabağ”) - 7 qol Bassalu Sambu ("Neftçi") - 6 qol Karim Rossi ("Şamaxı") - 6 qol
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu





















