Misli Premyer Liqası: "Qarabağ"dan "Qəbələ" üzərində minimalhesablı qələbə
Misli Premyer Liqasında 16-cı turun oyunları davam edir. Mediaxeberleri.Az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək. Əvvəlcə "Qəbələ" "Qarabağ"ı qəbul edəcək. Oyun saat 15:00-da başalayacaq. Bu komandaların ilk dövrədəki oyununda "Qarabağ" 2:0 hesabı ilə qalib gəlib. Günün digər matçında isə "Araz-Naxçıvan" "Şamaxı"nı qəbul edəcək. Oyun saat 17:30-da start götürəcək. Komandaların ilk dövrədəki oyununda qalib müəyyənləşməyib - 1:1. 21 dekabr (bazar) Misli Premyer Liqası, 16-cı tur 15:00. “Qəbələ” – “Qarabağ” - 1:2 Qol: Prins Ovusu, 6 (1:0), Bədavi Hüseynov, 27 (1:1), Yankoviç, 79 (1:2) https://www.youtube.com/watch?v=YzgQQzNbujs Bombardirlər: Coy-Lens Mikels (“Sabah”) - 9 qol Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol Toral Bayramov (“Qarabağ”) - 7 qol Bassalu Sambu ("Neftçi") - 6 qol Karim Rossi ("Şamaxı") - 6 qol
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Qəbələ şəhər stadionu





















