Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
  • Sabah Bakının bu yolları bağlanacaq
  • Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
  • Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
  • Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
  • Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
  • Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
  • 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
  • Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
  • Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
  • Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
  • Azərbaycanda aliment artırılacaq
  • Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
  • Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
  • Prezident 2 fərman imzaladı
  • Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
  • Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
  • 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
  • Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda Xalq şairi Osman Sarıvəlli doğum günündə məzarı başında yad edilib

  • Tarix: 17-12-2025, 20:27

Qərbin qapısı kimi tanınan, sazın, sözün beşiyi sayılan Qazax eli həm də tarixi şəxsiyyətləri, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə səs salıb bütün aləmə. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda şairlərimizin, yazarlarımızın doğum və anım günləri də heç zaman unudulmur. Rəhbər təyin olunduğu ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayan rayon rəhbərliyi öz ənənəsini bu gün də davam etdirir.

Dekabrın 17-də Xalq şairi Osman Sarıvəllinin (Osman Abdulla oğlu Qurbanov) doğum günündə məzarı başında yad edilməsi şairlərimizə olan ehtiramın bariz nümunəsidir.

Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin birgə təşkilatçılığı ilə Xalq şairi Osman Sarıvəllinin anadan olmasının 120 illiyi münasibətilə İkinci Şıxlı kəndində şairin məzarı başında keçirilən “Poeziya saatı”nda Osman Sarıvəlli sözünə, şeiriyyətinə, poeziyasına, şəxsiyyətinə dəyər, qiymət verənlər onun yaradıcılığından söhbət açıb, ünvanına səmimi ürək sözlərini səsləndiriblər.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, "QAZAX" Xeyriyyə İctimai Birliyinin üzvləri, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Bölmənin üzvləri, mədəniyyət işçiləri, İkinci Şıxlı kəndinin ziyalıları, şairin yaxın qohumları, KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə şairin və onunla birgə eyni qəbiristanlıqda uyuyan övladlarının məzarı üstünə tər qərənfillər düzülüb, əziz xatirələri ehtiramla anılıb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbirə toplaşanları salamlayıb, bu günün əhəmiyyətindən söz açıb. İlk növbədə şairlərə, saz, söz adamlarına göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın hamisi olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. “Bugünkü tədbir bir daha onu göstərir ki, Qazaxda milli dəyərlərə çox böyük diqqət göstərilir, böyük ehtiram var. Bugünkü tədbirin keçirilməsi Osman Sarıvəllinin timsalında bütün yazarlara verilən dəyərdir”, - söyləyən şair ölkə rəhbərinin ziyalılara olan qayğısının Qazaxda olduğu kimi icra edildiyini, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən ziyalılara olan hörmətin, səmimi münasibətin şahidi olduğunu dilə gətirib. Bugünkü tədbirin təşkil olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ziyalılar və öz adından təşəkkürünü bildirib. Şairin həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verən B.Vüsal qeyd edib ki, Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləmişdir (1926–1929). Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur (1929–1932). 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşdur. Bakı Pedaqoji texnikumunda müəllim (1932–1935), Bakı Teatr texnikumunda müdir (1939–1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləmişdir. 1990-cı il iyulun 2-də Bakıda vəfat etmiş və doğulduğu İkinci Şıxlı kəndində dəfn edilmişdir. Bildirib ki, Osman Sarıvəlli ədəbi yaradıcılığına 1933-cü ildə başlamışdır. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunmuşdur. Osman Sarıvəllinin "Dəmir sətirlərim" adlanan birinci kitabı 1934-cü ildə çap olunmuşdur. Şairin təltif və mükafatlarını qeyd edən B.Vüsal söyləyib ki, O.Sarıvəlli "Azərbaycan SSR xalq şairi" fəxri adına, "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı", "Xalqlar Dostluğu", "Şərəf nişanı" ordenlərinə,  "Əməkdə fərqlənməyə görə" medalına layiq görülmüşdür. B.Vüsal Xalq şairinin “Dəmir sətirlərim”, “Bənövşə”, “Şairin hədiyyəsi”, “Gətir, oğlum, gətir”, “Gənclik eşqi”, “Bahar çiçəkləri”, “Yeni dünyanın qapısı”, “İqlimdən-iqlimə”, “Sabahı yaradanlar”, “Seçilmiş əsərləri” (üç cilddə), “Hər kim yüz il yaşamasa”, “Mən sabaha gedirəm”, “Kür qırağında”, “Sarıvəlli O.Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir”, “Sarıvəlli O.Qüdrətli şair, ustad sənətkar” adlı kitabların müəllifi olduğunu diqqətə çatdırıb. Xalq şairi Osman Sarıvəlli haqqında ürək sözlərini qeyd edən B.Vüsal 1990-cı ilin 3 iyulunda haqq dünyasına qovuşan böyük şairin illər ötsə də hər zaman ehtiramla anıldığını, əziz xatirəsinin daim qəlblərdə yaşadığını bildirib. Xalq şairinin haqqında məqalələr yazıldığını, kitablar nəşr olunduğunu, əziz xatirəsinə şeirlər həsr edildiyini diqqətə çatdırıb. B.Vüsal Osman Sarıvəllinin hər zaman xalqının yaddaşında yaşayan, əsərləri ilə xalqının başını uca edən, xalqın iftixarı olan şairlərimizdən olduğunu bildirib. Osman Sarıvəlli poeziyasının ölməz poeziya olduğunu qeyd edən şair gənc yazarların bu gün də həmin poeziyadan bəhrələndiyini qeyd edib. Azərbaycan poeziyasında yeni mərhələnin açılmasında Osman Sarıvəllinin danılmaz xidmətləri olduğunu söyləyib. Azərbaycanın, doğma Qazaxın adını, şərəfini, şöhrətini öz əsərləri ilə hər zaman uca tutduğunu, yaşatdığını qeyd edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın saz-söz adamlarına, yazarlara, şairlərə, ziyalılara verdikləri dəyərdən, göstərdikləri diqqət və qayğıdan söz açan icra başçısı həmin qayğının Qazaxda yüksək səviyyədə hiss olunduğunu, ölkə başçısının Sərəncamı ilə tikilən və istifadəyə verilən Ədəbiyyat Muzeyini bunun bariz nümunəsi kimi göstərib. Fəaliyyətə başladığı ilk gündən bu amili hər zaman nümunə və örnək götürərək ziyalı kəlməsinə, ziyalı sözünə yüksək qiymət verdiyini vurğulayıb. Rayon rəhbəri sazın, sözün beşiyi sayılan, bütün döyüşlərdə igidlikləri ilə tarix yazan qəhrəman oğulların diyarı olan Qazaxda bu cür tədbirlərin keçirilməsinin artıq bir ənənə halını aldığını qeyd edib. Xalq şairi Osman Sarıvəlli və onun yaxın dostu Xalq şairi Səməd Vurğun haqqında ürək sözlərini, onlarla bağlı xatirələrini bölüşən icra başçısı hər iki şairimizin xalqımızın və doğma qazaxlıların qəlbində əbədi yaşadıqlarını vurğulayıb. “Nə yaxşı ki, Osman Sarıvəlli, Səməd Vurğun, İsmayıl Şıxlı və onlar kimi fəxr olunacaq yüzlərlə ziyalılarımız, yazarlarımız var. Qazaxlılar olaraq adlarını Azərbaycan ədəbiyyatına yazdıran bu cür ziyalılarımızla hər zaman fəxr edirik”, - deyən icra başçısı onların əziz xatirələrinin yad olunduqca, anıldıqca ruhlarının şad olduğunu bildirib. Bugünkü tədbirin təşkil olunmasının da məhz bu məqsədə xidmət etdiyini söyləyib. Osman Sarıvəlli ocağından pərvazlanan, atasının adını daim uca tutan Prof. Dr. Babək Qurbanovun həyat və fəaliyyətindən söz açan icra başçısı ata kimi oğulun da öz adını tarixə yazdığını qeyd edib. Bildirib ki, Osmanoğlu Babək Qurbanov xoşməramlı, xeyirxah niyyəti ilə xatirələrdə bu gün də yaşamaqdadır. Həyatda ikən hörmət-ehtiram sahibi olan, zəhməti, çalışqanlığı ilə hər kəsə nümunə, örnək olan Osmanoğlu yadigarı Babək Qurbanov bu gün də anılmaqdadır. Uzun müddət qardaş Türkiyədə yaşasa da insanlıq naminə vicdanla, qeyrətlə ana Vətənimiz Azərbaycan adına layiq ülvi xidmətlərlə, elmi nailiyyətlərlə xalqının, ölkəsinin adını daim uca tutdu. Atasının adına layiq şəkildə yaşadı və daim Osmanoğlu adını yaşatdı. Babək Qurbanovun bu gün də unudulmadığını, yaxın dostu, uzun müddət bir yerdə çiyin-çiyinə çalışmış Sənətşünaslıq Elmləri Doktoru, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru, Türk Xalq Musiqisinə Xidmət mükafatçısı İlqar Cəmiloğlu İmamverdiyevin Babək Qurbanovu hər zaman yad etdiyini, onun əziz ruhunu şad etdiyini diqqətə çatdırıb. 

Azərbaycan Yazıçılar Birliyinin üzvləri olan şairlərdən Səhlədar Hidayətoğlu, Rüfət Axundlu, Kazım Kazımlı, Əvəz Sofuoğlu, Yasin Cavan, Tamella Poladlı, Gülsənəm Cəlilli, Elnur Süleymanlı, Bilal Qoca, Arif Musazadə, İkinci Şıxlı kənd sakni Abbas Cürənov çıxış edərək Xalq şairi Osman Sarıvəlli haqqında fikirlərini bölüşüb, keçirilən tədbirin əhəmiyyətindən söz açıblar. Xalq şairinə həsr olunmuş, eləcə də özünün vaxtilə qələmə aldığı şeirləri səsləndiriblər. Çıxış edənlər Qazaxda ziyalılara, şairlərə verdiyi dəyərə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirib, bugünkü tədbiri təşkil edənlərə razılıqlarını ifadə ediblər.

Aşıq Saqif Məzəmli Xalq şairinin şeirini saz havası üstə təqdim edərək əziz xatirəsini ehtiramla anıb.


Oxunub: 1 276
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:26 | "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
    Dünən, 20:24 | Sabah Bakının bu yolları bağlanacaq
    Dünən, 20:11 | Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
    Dünən, 19:43 | Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
    Dünən, 19:42 | Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
    Dünən, 19:40 | Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
    Dünən, 19:38 | Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
    Dünən, 18:27 | 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
    Dünən, 18:25 | Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
    Dünən, 18:21 | Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
    Dünən, 18:13 | Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
    Dünən, 18:11 | Azərbaycanda aliment artırılacaq
    Dünən, 17:30 | Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
    Dünən, 16:42 | Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
    Dünən, 16:37 | Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
    Dünən, 16:34 | Prezident 2 fərman imzaladı
    Dünən, 16:13 | Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
    Dünən, 16:11 | Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
    Dünən, 16:10 | 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
    Dünən, 16:07 | Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
    Dünən, 15:30 | Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
    Dünən, 15:12 | Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
    Dünən, 14:43 | Şirvan kanalından Hacıqabul gölünə su axıdılacaq
    Dünən, 14:16 | Bu yol tam bağlandı
    Dünən, 14:10 | Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
    Dünən, 13:59 | İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər
    Dünən, 13:57 | Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırıldı
    Dünən, 13:25 | Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb
    Dünən, 13:23 | Sabah qar yağacaq
    Dünən, 13:20 | Ümumi təhsil üzrə yeni standartlar hazırlanır - ilin sonuna qədər tamamlanacaq
    Dünən, 13:18 | Pensiyaçılar üçün 258, uşaqlar üçün 274 manat…
    Dünən, 13:16 | Bu vəzifə Fərman Qurbanlıya həvalə edildi
    Dünən, 13:15 | Prokurorluqdan məktəblinin ölümü ilə bağlı açıqlama
    Dünən, 08:22 | Salyandakı ailə faciəsinin təfərrüatı - VİDEO
    Dünən, 08:15 | Sərvət maqnitləri: Pulla bağlı şanslı olan 5 BÜRC
    Dünən, 08:12 | Azərbaycana ixrac edilən böyük təhlükə... - Deputat
    Dünən, 07:55 | Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı
    Dünən, 07:52 | Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
    Dünən, 07:43 | Bəzi rayonlarda işıq olmayacaq
    Dünən, 07:30 | ABŞ ordusunda qeyri-adi hərbi təlimlər: Kütləvi məzarlar qazılıb
    Dünən, 07:18 | Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
    Dünən, 07:12 | Gizli təzyiqinizin olduğunu necə bilmək olar?
    27-10-2026, 22:29 | Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..
    27-10-2026, 22:28 | AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
    27-10-2026, 22:26 | Dollar alıb-satanlara vacib xəbər...
    27-10-2026, 21:47 | Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
    27-10-2026, 21:45 | Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı
    27-10-2026, 21:44 | Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...
    27-10-2026, 21:26 | Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...
    27-10-2026, 20:52 | Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO - VİDEO - YENİLƏNDİ
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.