22 yaşlı Məleykə əməliyyatdan beş gün sonra vəfat etdi: İki azyaşlı qızı olan ananın ölümünə səbəb həkim səhlənkarlığıdır?
Kürdəmirdə 5 gün əvvəl əməliyyat olunan 22 yaşlı qadın xəstəxanada dünyasını dəyişib. Mediaxeberleri.Az "Bizim.Media"ya istinadən xəbər verir ki, hadisə dekabrın 16-da, saat 19 radələrində Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Belə ki, Kürdəmir rayonu, Qarasu kənd sakini, 2003-cü təvəllüdlü Məleykə Müsəllim qızı Nurməmmədova dekabın 11-də ginekoloji problemlə bağlı xəstəxanaya müraciət edib və həkimlər ona əməliyyat təyin ediblər. Növbəti gün qadın əməliyyat olunub. Əməliyyat uğurlu alınsa da, Məleykə Nurməmmədova dekabrın 16-da, saat 19 radələrində kəskin qan azlığından dünyasını dəyişib. Mərhumun yaxınları qadının ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndirirlər. Qeyd edək ki, ölən qadın 5 ildir evlidir və onun bu evlilikdən iki azyaşlı qızı var. Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.





















