İsrail ordusu Reim hərbi bazasını "Həmas"dan geri aldı - "Yüzlərlə terrorçu məhv edilib"
İsrail Müdafiə Qüvvələri ölkənin cənubunda «Həmas» qruplaşması tərəfindən ələ keçirilmiş Reim hərbi bazasını geri alıb. Mediaxeberleri.Az bu barədə «The Times of İsrael» nəşrinə istinadla xəbər verir. İsrail Müdafiə Qüvvələri son bir neçə saat ərzində İsrailin cənubunda və Qəzza zolağında yüzlərlə fələstinli terrorçunu öldürdüyünü iddia edir. Nirim şəhərində hərbçilərlə toqquşma zamanı 9 terrorçu öldürülüb və dörd terrorçu Erez keçidində hərbi təyyarə tərəfindən məhv edilib. İDF bildirir ki, digər terror qruplaşmaları ölkənin cənubundakı Sufa, Kfar Aza və Kerem Şalom şəhərlərində əsgərlər tərəfindən öldürülüb. Daha əvvəl İsrail ordusu HƏMAS terrorçuları ilə İsrailin cənubundakı 22 müxtəlif məntəqədə döyüşdüyünü bildirmişdi. Hərbçilər terrorçuların sızdığı şəhərlərdə «təmizləmə» aparır, 12 saatdan çox zirzəmilərdə və bunkerlərdə gizlənən sakinləri taparaq, onların vəziyyətilə maraqlanırlar.