Daha bir general vəzifəsindən azad edildi
Azərbaycan Milli Qvardiyasının komandanı, general-mayor Akif Yusifov vəzifəsindən azad olunub. Mediaxeberleri.Az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, A.Yusifov ehtiyata buraxılıb. Qeyd edək ki, Azərbaycan Prezidentinin 7 fevral 2013-cü ildə sərəncamı ilə Akif İsaxan oğlu Yusifov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini – Milli Qvardiyanın komandanı təyin edilmişdi. Həmin ilin dekabrın 25-də ona general-mayor ali hərbi rütbəsi verilib.
Oxunub: 50
Xəbəri paylaş
Paylaş:





















