Sülhməramlılar çıxır - Ermənilər qayıtsa Xankəndidə vəziyyət necə olacaq?
Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsinin Əsgəran rayonunda Rusiya sülhməramlılarının daha bir müşahidə məntəqəsi bağlanıb. Mediaxeberleri.Az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı bu məsələyə münasibət bildirib. Politoloq Xankəndiyə nəzarətin Azərbaycanda olduğunu qeyd edib. Rusiya sülhməramlıları Qarabağdakı məntəqələrini ləğv edir: bu gün Xocalıda, daha öncə isə keçmiş Ağdərə və Əsgəran rayonlarında, o cümlədən, Şuşa istiqamətindəki postlar götürülüb; bunun fonunda Rusiya hərbi təyyarəsinin Füzuli hava limanına eniş etməsi haqda məlumatlar da hərbi inventarın Azərbaycan ərazisindən çıxarıldığı deməkdir; Antiterror tədbirlərindən sonra Qarabağdakı vəziyyət sülhməramlıların ümumiyyətlə nəzarət zonasının qalmadığını deməyə əsas verir. Çünki az sayda erməni sakinləri Xankəndində qalıb və sülhməramlıların müvəqqəti fəaliyyəti bu şəhərdə ola bilər. Lakin Xankəndində də patrul xidmətini sülhməramlılarla birlikdə Azərbaycan hərbçiləri həyata keçirir. Bu da şəhərə nəzarətin Azərbaycanda olduğu deməkdir. Hətta erməni əhalisinin bir qismi geri qayıtsa belə, eyni vəziyyət davam edəcək, çünki şəhərdə dövlət qurumları fəaliyyətə başlayıb.