Qazax Rayon Mərkəzi Xəstəxanasının kollektivi Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə tər çiçəklər düzüb, əziz xatirəsini dərin ehtiramla yad edib.
Mediaxeberleri.Az xəbər verir ki, ziyarətdə Qazax Rayon Mərkəzi Xəstəxanasının direktoru Afiq Fərruxov da iştirak edib.
Ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən, ölkəmizin sosial, iqtisadi və xüsusilə səhiyyə sahəsinin inkişafında oynadığı mühüm rolundan danışılıb. Bildirilib ki, Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası bu gün də Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra kollektif Qazax Heydər Əliyev Mərkəzini ziyarət edib. Burada dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olunub, Ulu Öndərin zəngin siyasi irsi haqqında ətraflı məlumat verilib. Ziyarət çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film izlənilib.