BMT İsrailə hücumu pisləyib
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş HƏMAS-ın İsrailə hücumunu pisləyib. Bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin şərhində qeyd olunur. “BMT-nin Baş katibi HƏMAS-ın İsrailin Qəzza zolağı yaxınlığına və mərkəzi İsrail şəhərlərinə hücumunu, o cümlədən İsrail vətəndaşlarının məskunlaşdığı digər ərazilərə minlərlə raket atılmasını qətiyyətlə pisləyir”, - deyə S.Dujarrik bildirib. Bundan əlavə, o qeyd edib ki, Antonio Quterreş Fələstin-İsrail münaqişəsinin tərəflərini maksimum təmkinli olmağa çağırıb. Mənbə: Gazeta.ru
Oxunub: 209
Xəbəri paylaş
Paylaş: