Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
  • Sabah Bakının bu yolları bağlanacaq
  • Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
  • Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
  • Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
  • Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
  • Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
  • 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
  • Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
  • Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
  • Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
  • Azərbaycanda aliment artırılacaq
  • Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
  • Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
  • Prezident 2 fərman imzaladı
  • Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
  • Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
  • 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
  • Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda “Konstitusiya və Suverenlik ili – Milli dövlətçilik tariximizin məntiqi davamı, müasir inkişaf mərhələsinin əsas ideoloji xəttidir” mövzusunda tədbir keçirilib

  • Tarix: 11-12-2025, 08:40

Dekabrın 10-da Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya və Suverenlik ili – Milli dövlətçilik tariximizin məntiqi davamı, müasir inkişaf mərhələsinin əsas ideoloji xəttidir” mövzusunda tədbir keçirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, şəhid ailələri, ziyalılar, idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil, mədəniyyət, səhiyyə işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, KİV nümayəndələri iştirak ediblər. 

Rayon rəhbərliyi əvvəlcə dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən kitablardan ibarət sərgiyə baxış keçirib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Milli Konstitusiyamızın müəllifi Heydər Əliyevin müstəqilliyimizin əbədiliyi uğrunda misilsiz fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, təşkil olunmuş tədbirin əhəmiyyətindən söz açıb. C.Hüseynova bildirib ki, Konstitusiya və suverenlik anlayışları Azərbaycanın müasir dövlət quruculuğunda ayrılmaz dəyərlər kimi çıxış edir. Konstitusiya dövlətin əsas hüquqi sənədi olmaqla hüquqi dövlətin əsasını təşkil edir, vətəndaşların hüquq və azadlıqlarını təsbit edir, suverenlik isə xalqın öz müqəddəratını təyinetmə hüququnu, dövlətin öz ərazisi daxilində ali hakimiyyətə malik olmasını, beynəlxalq arenada bərabərhüquqlu subyekt kimi çıxışını və müstəqil qərarlar qəbul etməsini təmin edir. Ona görə də  2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, bu iki mühüm dəyərin əhəmiyyətini vurğulamaqla yanaşı, Azərbaycan Respublikasının gələcək inkişafına və milli kimliyinin daha da gücləndirilməsinə mühüm töhfə verir, ölkəmizin müstəqillik tarixində əldə etdiyi uğurların və gələcək perspektivlərin təhlili üçün unikal imkan yaradır. Konstitusiya həm də Azərbaycan dövlətçiliyinin hüquqi təməli, suverenliyimizin milli varlığımızın əsas sütunudur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində keçirilən tədbirin əhəmiyyətini qeyd edərək səmimi ürək sözlərini bölüşüb. İcra başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin qeyd etiyi kimi, “Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir”. Azərbaycan dövlətçiliyinin, milli müstəqilliyinin daimi və dönməz xarekter alması, müstəqil və uğurlu daxili-xarici siyasət, beynəlxalq aləmdə nüfuzunun artması və dünya birliyində sivil ölkə kimi tanınması məhz Heydər Əliyevin böyük zəhmətlərinin nəticəsidir. Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini vurğulayan icra başçısı bu ilin yüksək səviyyədə qeyd olunması üçün Qazax rayonunda silsilə tədbirlərin keçirildiyini, bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu qeyd edib. Rayon rəhbəri bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyini və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümünü qalib ölkənin vətəndaşı olaraq qeyd etdiyimizi söyləyib. İcra başçısı qeyd edib ki, Azərbaycan xalqının taleyinə müxtəlif dövrlərdə müstəsna təsir göstərmiş dahi şəxsiyyətlər sırasında Heydər Əliyevin misilsiz yeri olduğu danılmaz həqiqətdir. Azərbaycan xalqının Ümummilli Lideri müasir tariximizə dahi xilaskar, böyük qurucu kimi daxil olmuşdur. Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün fəlsəfəsi xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanışı məramına hesablanmışdı. Heydər Əliyevin fəaliyyətinin təhlili göstərir ki, Ulu Öndər sanki gələcəyi görür, Azərbaycanın gələcək müstəqilliyi üçün hələ sovet dövründə mütəmadi iş aparmışdır. Bu ideyanın əsasında, ilk növbədə, yüksəkixtisaslı milli kadr potensialının yaradılması dayanırdı. İcra başçısı vurğulayıb ki, 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Belə ağır bir dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi xaos və anarxiyadan qurtardı. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı və ölkəmiz dayanıqlı inkişaf yoluna qədəm qoydu. Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması göründüyü kimi heç də təsadüfi deyil. Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışı ilə bir çox sahələrdə genişmiqyaslı islahatların, o cümlədən qanunvericilik islahatlarının həyata keçirilməsinə başlanıldı. 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bununla da Azərbaycan demokratik inkişafın yeni mərhələsinə qədəm qoydu. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbəsi və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Respublika Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir. İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ilk uğurlu addımlar atılır. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elmə əsaslanan iqtisadi siyasəti respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Beynəlxalq aləmdə qüdrətli ölkə kimi tanınan Azərbaycanın əldə etdiyi hər bir uğur Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi bizlər üçün qiymətli bir xəzinədir.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bildirib ki, 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul edilmiş Konstitusiya milli dövlətçiliyimizin tarixində xüsusi yer tutur. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin dövlətçilik uzaqgörənliyi, siyasi iradəsi və milli maraqlara sadiqliyinin bariz nümunəsidir. Məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanan Əsas Qanun Azərbaycan xalqının milli suverenliyini, müstəqilliyini və milli maraqlarını tamlığı ilə əks edən hüquqi bir aktdır. Konstitusiya insan hüquq və azadlıqlarının təmin olunması, demokratik institutların formalaşdırılması və hüquqi dövlətin yaradılması baxımından müasir dövlət quruculuğunun əsasını təşkil edir. Heydər Əliyevin müəyyən etdiyi hüquqi inkişaf xətti bu gün də ölkəmizin dövlət idarəçiliyi və hüquqi sisteminin əsasını təşkil edir və konstitusiyanın prinsipləri dövlət siyasətinin hər sahəsində, öz əksini tapır. Bu gün Azərbaycan  müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva çıxış edərək bildirib ki, Ulu Öndərin hüquqi islahatlar kursunun müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf və davam etdirilməsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlət başçımızın imzaladığı məqsədyönlü fərman və sərəncamlar, həyata keçirdiyi əsaslı islahatlar sayəsində hazırda ölkəmizdə dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsi işi davamlı prosesə çevrilib. Təsadüfi deyil ki, bu gün Azərbaycan bir çox göstəricilər üzrə təkcə MDB məkanında deyil, eləcə də bütün dünyada nümunə göstərilir. Heç bir şübhə yoxdur ki, Azərbaycanın bugünkü uğur və nailiyyətlərinin əsasında Ulu Öndər Heydər Əliyevin effektiv dövlətçilik strategiyası və siyasi irsi durur.

Bakı Dövlət Universitetinin Qazax filialının tarix müəllimi Cəvahir Mustafayeva çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Dahi şəxsiyyətin siyasi məktəbi bu gün də yaşayır və inkişaf edir. Onun ideyaları Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qarabağın işğaldan azad olunması, ölkəmizin beynəlxalq nüfuzunun artması, məhz Heydər Əliyev yolunun davamıdır. Bu gün Azərbaycanda həyata keçirilən böyük islahatlar məhz Heydər Əliyevin ölməz ideyalarının əbədi olduğunu bir daha sübut edir. Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və müdrik siyasəti ilə Azərbaycan dünyada qalib, azad, güclü, milli maraqlarını ən yüksək səviyyədə qoruyan və prinsipial ölkə kimi tanınır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.

Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həbibə Məmmədli çıxış edərək bildirib ki, bu gün biz Azərbaycan dövlətçiliyinin əsl həqiqətinə, mütəqilliyimizin dəyərinə və xalqımızın böyük yoluna nəzər salırıq. Azərbaycan xalqı müstəqillik yoluna çıxanda qarşısında iki böyük seçim vardır, ya tarix boyu arzuladığı azdlığı qoruyacaq, ya da yenidən müstəmləkə qaranlığına qayıdacaqdır. O ağır illərdə xalqın iradəsini, dövlətin dayağını, gələcəyin ümidini birləşdirən bir şəxsiyyət vardı - Ulu Öndər Heydər Əliyev. O, yalnız siyasi lider deyildi. O, xalqın nəfəsini duyan, millətinin ruhunu yüksəldən, “Dövlət–xalq üçündür” deyə tarixə yeni fəlsəfə gətirən milli dövlətçilik məktəbinin banisi idi. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası, əslində, Heydər Əliyev zəkasının, onun dövlət quruculuğu təfəkkürünün ən möhtəşəm təcəssümü idi. Bu Konstitusiya yalnız hüquqi sənəd deyildi, o xalqın iradəsinin yazıya çevrilmiş forması, müstəqilliyimizin əbədi olacağına verilmiş söz idi. Bu gün “Konstitusiya və Suverenlik İli”nin elan olunması da həmin böyük tarixi yolun davamıdır. Konstitusiya hər bir dövlətin şəxsiyyətidir, onun xarakteri, onun kimliyidir. Suverenlik isə şəxsiyyətinin mətni, onun mütəqil nəfəsidir. Dövlət öz Konstitusiyası ilə ayaqda dayanırsa, suverenliyi ilə addımlayır.

Bakı Dövlət Universitetinin Qazax filialının Tarix müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Mələk Hacızadə çıxış edərək bildirib ki, görkəmli siyasi və dövlət xadimi müstəqil Azərbaycanın banisi Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçilik tarixində rolu böyükdür. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına rəhbərlik etdiyi bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət etdi. Azərbaycanın dövlət müstəqilliyinin iqtisadi əsasları 1969-1982-ci illərdə Heydər Əliyev tərəfindən yaradılmışdır. Bu dövr milli kimliyin dirçəldilməsi və adət-ənənələrin qorunması üçün xarakterizə olunur. Onun rəhbər seçilməsi Azərbaycan tarixində dönüş nöqtəsi olmuşdur. Azərbaycan dilinin dövlət dili elan olunması, kadrların milliləşdirilməsi, ölkəmizdə abadlıq, quruculuq işlərinin ən yüksək səviyyəyə çatdırılması, təhsil, mədəniyyət, elm, idman, səhyyə və s. sahələrdə nəzərəçarpacaq irəliləyişlərin hamısı məhz Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndərin siyasi fəaliyyəti təkcə bununla bitmir. Onun adı Azərbaycan kimi şah əsərdə əbədiləşib. Dahi şəxsiyyət daim yaddaşlarda xalqın xilaskarı kimi yaşayacaq.

Qazax Dövlət Sosial-İqtisadi Kollecin “Elektrik  təchizatı” ixtisasının 3-cü kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədri Turxan Əliyev çıxış edərək bildirib ki, Azərbaycan gənclərinin hərtərəfli inkişafına nail olması istiqamətində həyata keçirilən islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri var. Dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ümummilli Lider Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gələrkən, gənclərlə işə böyük diqqət ayırır, yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin ən tanınmış universitetlərində təhsil almağa göndərilirdi. Məhz, həmin kadrlar da bu gün Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və quruculuq prosesində əhəmiyyətli rol oynayırlar. Ulu Öndər gənclərə etibar edər, onlarla  mütəmadi görüşlər keçirər, onların düşüncəsini və fikirlərini öyrənərdi. Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi bütün sahələrdə özlərini doğruldurlar. Gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi üçün gənclərlə bağlı ölkəmizdə silsilə addımlar atılır. 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıqlar nəticəsində Müzəffər Ordumuz düşmən üzərində şanlı Zəfərə imza ataraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbin XI sinif şagirdi Ləman Həsənova çıxış edərək bildirib ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin yenidən qurulmasının, xalqın müstəqillik arzusunun gerçəkləşməsinin ən başçlıca memarıdır. Ulu Öndər müstəqilliyin əldə olunması qədər onun qorunub saxlanılmasının da çətin olduğunu vurğulayır və deyirdi: “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”. Heydər Əliyev müstəqilliyimizin, Azərbaycanın milli dövlətçiliyinin qurulmasında və möhkəmləndirilməsində misilsiz xidmətlər göstərərək ölkəni parçalanmaqdan xilas etmiş və sabitliyi təmin etmişdir. Siyasi uzaqgörənliyi və qətiyyəti ilə Azərbaycanın müstəqilliyini qorumaqla yanaşı, onun gələcəyini təmin edən qərarlar qəbul etmiş, adını müstəqillik tariximizin səhifələrinə qızıl hərflərlə həkk etdirmişdir.


Oxunub: 231
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:26 | "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
    Dünən, 20:24 | Sabah Bakının bu yolları bağlanacaq
    Dünən, 20:11 | Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
    Dünən, 19:43 | Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
    Dünən, 19:42 | Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
    Dünən, 19:40 | Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
    Dünən, 19:38 | Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
    Dünən, 18:27 | 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
    Dünən, 18:25 | Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
    Dünən, 18:21 | Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
    Dünən, 18:13 | Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
    Dünən, 18:11 | Azərbaycanda aliment artırılacaq
    Dünən, 17:30 | Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
    Dünən, 16:42 | Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
    Dünən, 16:37 | Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
    Dünən, 16:34 | Prezident 2 fərman imzaladı
    Dünən, 16:13 | Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
    Dünən, 16:11 | Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
    Dünən, 16:10 | 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
    Dünən, 16:07 | Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
    Dünən, 15:30 | Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
    Dünən, 15:12 | Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
    Dünən, 14:43 | Şirvan kanalından Hacıqabul gölünə su axıdılacaq
    Dünən, 14:16 | Bu yol tam bağlandı
    Dünən, 14:10 | Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
    Dünən, 13:59 | İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər
    Dünən, 13:57 | Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırıldı
    Dünən, 13:25 | Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb
    Dünən, 13:23 | Sabah qar yağacaq
    Dünən, 13:20 | Ümumi təhsil üzrə yeni standartlar hazırlanır - ilin sonuna qədər tamamlanacaq
    Dünən, 13:18 | Pensiyaçılar üçün 258, uşaqlar üçün 274 manat…
    Dünən, 13:16 | Bu vəzifə Fərman Qurbanlıya həvalə edildi
    Dünən, 13:15 | Prokurorluqdan məktəblinin ölümü ilə bağlı açıqlama
    Dünən, 08:22 | Salyandakı ailə faciəsinin təfərrüatı - VİDEO
    Dünən, 08:15 | Sərvət maqnitləri: Pulla bağlı şanslı olan 5 BÜRC
    Dünən, 08:12 | Azərbaycana ixrac edilən böyük təhlükə... - Deputat
    Dünən, 07:55 | Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı
    Dünən, 07:52 | Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
    Dünən, 07:43 | Bəzi rayonlarda işıq olmayacaq
    Dünən, 07:30 | ABŞ ordusunda qeyri-adi hərbi təlimlər: Kütləvi məzarlar qazılıb
    Dünən, 07:18 | Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
    Dünən, 07:12 | Gizli təzyiqinizin olduğunu necə bilmək olar?
    27-10-2026, 22:29 | Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..
    27-10-2026, 22:28 | AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
    27-10-2026, 22:26 | Dollar alıb-satanlara vacib xəbər...
    27-10-2026, 21:47 | Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
    27-10-2026, 21:45 | Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı
    27-10-2026, 21:44 | Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...
    27-10-2026, 21:26 | Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...
    27-10-2026, 20:52 | Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO - VİDEO - YENİLƏNDİ
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.