UEFA Çempionlar Liqası: "Qarabağ"dan acınacaqlı məğlubiyyət
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI tur oyununda Azərbaycan təmsilçisi "Qarabağ" Niderlandın "Ayaks" komandası ilə üz-üzə gəlir. Mediaxeberleri.Az xəbər verir ki, Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika Stadionunda Niderland "Ayaks"ını qəbul edir. Hazırda turnir cədvəlində "Qarabağ" 7 xalla 19-cu, xalı olmayan "Ayaks" isə sonuncu - 36-cıdır. Onu da qeyd edək ki, "Ayaks" hazırda uğursuz dönəmini keçirsə də, klub Çempionlar Liqasının dördqat qalibidir. Amsterdam təmsilçisi eyni zamanda, 1 dəfə Avropa Liqasının, 2 dəfə isə UEFA Superkubokunun qalibi olub. Ağdam təmsilçisi 1-ci turda "Benfika"ya (3:2), 2-ci turda "Kopenhagen"ə (2:0) qalib gəlib, 3-cü turda "Atletik"ə məğlub olub (1:3), 4-cü turda "Çelsi" ilə heç-heçə (2:2) edib, 5-ci turda isə "Napoli"yə uduzub (0:2). Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vuracaqlar. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 6-cı tur 21:45. "Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland) - 2:4 Qol: Kamilo Duran, 10 (1:0), Kasper Dolberq, 39 (1:1) ,, Oskar Qlux, 79 (2:2), Anton Qoey, 83 (2:3) Oskar Qlux, 89 (2:4) Hakimlər: Rade Obrenoviç, Yuri Praprotnik, Qreqa Kordez, Mateo Tozan (Sloveniya) VAR: Matej Juq (Sloveniya) AVAR: Alen Borosak (Sloveniya) Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş başlayıb. Görüşü sloveniyalı hakim Rade Obrenoviç idarə edir.

























