Ağstafada vətəndaşların səyyar qəbulunun növbəti ünvanı Poylu qəsəbəsi olub
Səyyar qəbulda giriş nitqi söyləyən RİH başçısı qeyd edib ki, müasir müstəqil Azərbaycanın hazırkı inkişafı, tərəqqisi, nail olunan sülh, sabitlik və firəvanlıq Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Məhz bu siyasi xətlə Prezident İlham Əliyev Vətənimizə və xalqımıza tarixi Zəfər bəxş etdi, ölkəmizin bütün ərazisində Konstitusiya quruluşu tətbiq olunaraq suverenliyimiz tam bərpa olundu. Hüquqi və digər cəhətlərdən vətəndaşlarımızın əmin-amanlıq şəraitində layiqli həyat səviyyəsi təmin olundu. Qəbulda vətəndaşlar tərəfindən qaldırılan müxtəlif məzmunlu məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eləcə də yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə nəzarət qaydasında tapşırıqlar verilib.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun Poylu qəsəbə tam orta məktəb binasında keçirdiyi növbəti səyyar qəbulda rayonun rəhbər şəxsləri, aidiyyəti üzrə təşkilatların və xidmət sahələrinin nümayəndələri, eyni zamanda qəsəbə sakinləri iştirak ediblər.





















