İsrailə raket hücumları nəticəsində ölənlərin sayı artdı - Yenilənib
İsrail ərazisinin Qəzza zolağından raket atəşinə tutulması nəticəsində ölən və yaralananların sayı artıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. Nəşrin məlumatına görə, raket zərbələri nəticəsində 22 nəfər həlak olub, 300-dən çox adam ağır yaralanıb. Xatırladaq ki, bu gün səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. İsrailə raket zərbələri nəticəsində yaralananların sayı 545 nəfərə çatıb. Bu haqda ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. *** İsrailə raket zərbələri nəticəsində ölənlərin sayı 100, yaralananların sayı 900 nəfərə çatıb. *** İsrailin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 150-ə yüksəlib. 1104 nəfər isə yaralanıb.