Mahmud Abbas İsraillə gərginlikdən danışdı
Fələstin lideri Mahmud Abbas Qəzza zolağına nəzarət edən HƏMAS-ın İsrailə qarşı "Əl-Əqsa tufanı" adlı əməliyyata başlamasına münasibət bildirib. Medıaxeberlerı.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Fələstin lideri əməliyyatla bağlı yüksək rütbəli zabitlərin iştirakı ilə iclas keçirib. O, iclasda Fələstin xalqının qorunmasının vacib olduğunu bildirib: "İsrail qüvvələrinin hücumlarına qarşı Fələstin xalqının özünü qoruma hüququ vardır". Qeyd edək ki, bu gün səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər.
Oxunub: 210
Xəbəri paylaş
Paylaş: