İsrailin baş naziri ölkə əhalisinə müraciət etdi: “Düşmənə heç vaxt görmədiyi cavab atəşi açılacaq”
“Yəhudi dövləti müharibə vəziyyətindədir və bu müharibədə qalib gələcək. Düşmən isə hücuma görə misligörünməmiş bədəl ödəyəcək”. Bu sözləri İsrail Baş naziri Binyamin Netanyahu ölkə əhalisinə müraciətində deyib. “Mən ehtiyatda olan hərbçilərin kütləvi səfərbər edilməsini və düşmənə heç vaxt görmədiyi şəkildə güclü cavab atəşinin açılmasını əmr etdim. Düşmən misligörünməmiş bir bədəl ödəyəcək”, - deyə baş nazir bildirib. “Bu səhər HƏMAS İsrail dövlətinə və onun vətəndaşlarına qəfil ölümcül hücum həyata keçirdi. Mən təhlükəsizlik qüvvələrinin rəhbərlərini topladım və onlara əvvəlcə terrorçuların soxulduqları yaşayış məntəqələrini “təmizləməyi” tapşırdım. Hazırda da bu proses həyata keçirilir”, - deyə Netanyahu əlavə edib.
Oxunub: 242
Xəbəri paylaş
Paylaş: