Ceyhun Bayramov idarə rəisini işdən çıxarıb?
Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin Protokol idarəsinin rəisi Ramil Rzayevin işdən çıxarılması ilə bağlı xəbərlər yayılıb. Mediaxeberleri.Az Trend-ə istinadən xəbər verir ki, idarə rəisinin xarici işlər naziri Ceyhun Bayramovun əmri ilə vəzifəsindən azad edildiyi bildirilib. Məsələ ilə bağlı nazirlikdən qeyd edilib ki, XİN-də daxili rotasiya olub: “Bu işdən çıxarılma deyil. Daxili rotasiya olub. Ramil Rzayev başqa idarənin rəisi təyin edilib. O, yeni vəzifəsinin icrasına 12 oktyabr tarixindən etibarən başlayacaq", - deyə əlavə edib.
Oxunub: 240
Xəbəri paylaş
Paylaş: