Dəhşətli raketlər işə düşdü: General yaralandı
İsrailin raket atəşinə tutulması nəticəsində general-mayor yaralanıb. Mediaxeberleri.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb. Məlumata əsasən, Sderotda gedən döyüşdə Cənub Polis Dairəsinin komandiri, general-mayor Amir Koen yaralanıb. Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.
Oxunub: 270
Xəbəri paylaş
Paylaş: