Samir Abasov istefaya göndərildi
"Neftçi" baş məşqçisi Samir Abasovu istefaya göndərib. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb komandanın uğursuz çıxışı olub. Paytaxt klubunun rəhbərliyi ötən gün Azərbaycan Premyer Liqasının XII turunda evdə "İmişli"yə 2:3 hesablı məğlubiyyətdən sonra 47 yaşlı mütəxəssislə bağlı fikrini qətiləşdirib və müqaviləyə xitam verilib. Qeyd edək ki, Samir Abasov 2024-cü ilin oktyabrından "Neftçi"nin baş məşqçisi idi. O, daha əvvəl 2020-2022-ci illərdə də "ağ-qaralar"ı çalışdırıb.
Oxunub: 45
Xəbəri paylaş
Paylaş:





















