Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında ikinci olub. Mediaxeberleri.Az-ın məlumatına görə, milli həlledici matçda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası ilə üz-üzə gəlib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət milli ilk görüşdə 1:3, ikinci qarşılaşmada isə 1,5:2,5 hesabı ilə uduzub. Qeyd edək ki, komandanın kapitanı İlahə Qədimova olub.
Oxunub: 59
Xəbəri paylaş
Paylaş:





















