"Turan" "Araz"la bərabərə qaldı, "Zirə" qalib gəldi
Misli Premyer Liqasında XII turun daha bir qarşılaşması baş tutub. Mediaxeberleri.Az xəbər verir ki, günün ilk oyununda "Turan Tovuz" "Araz-Naxçıvan"la Sumqayıtda qarşılaşıb. Görüş 1-1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran Tovuz klubu hələlik ikinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi 20 xalla altıncıdır. Günün ikinci oyununda "Qəbələ" səfərdə "Zirə" ilə qarşılaşır. Qarşılaşmada ilk hissə başa çatıb, "Zirə" 1-0 qalib gəlir. Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Ötən gün "Kəpəz" səfərdə "Karvan-Yevlax"ı (2:1), "Qarabağ"ı isə "Sumqayıt"ı (4:2) məğlub edib. *** Günün ikinci matçında "Zirə" "Qəbələ" ilə üz-üzə gəlib. Qarşılaşma “Zirə”nin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran "qartallar" ikinci pillədəki "Turan Tovuz"a çatıb. Bölgə təmsilçisi 5 xalla 11-ci sıradadır.





















