“Araz-Naxçıvan” – “Turan Tovuz”la heç-heçə etdi
Misli Premyer Liqasında 12-ci tur davam edir. Mediaxeberleri.Az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başlayıb. Əvvəlcə “Araz-Naxçıvan” Sumqayıtda “Turan Tovuz”u qəbul edir. Hazırda Tovuz klubu 22 xalla ikinci, Naxçıvan təmsilçisi isə 19 xalla altıncı pillədə qərarlaşıb. Günün digər görüşündə isə “Zirə” “Qəbələ”ni sınağa çəkəcək. Paytaxt klubu hazırda 20 xalla turnir cədvəlində üçüncüdür. “Qəbələ” isə “Karvan-Yevlax”la birgə 5 xalla 11-12-ci yerləri bölüşdürür. 22 noyabr (şənbə) 15:00. “Araz-Naxçıvan” - “Turan Tovuz” - 1:1 Qol: Ba-Muaka Simakala, 21 (1:0), Ayxan Hüseynov, 78 (1:1) 17:30. “Zirə” - “Qəbələ” 23 noyabr (bazar) 15:00. “Sabah” - “Şamaxı” 17:30. “Neftçi” - “İmişli” 21 noyabr (cümə) “Karvan-Yevlax” - “Kəpəz” - 1:2 “Sumqayıt” - “Qarabağ” - 2:4 Bombardirlər: Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol Coy-Lens Mikels ("Sabah") - 6 qol Toral Bayramov ("Qarabağ") - 5 qol Bassala Sambu ("Neftçi") - 4 qol Aleksandr Ramalinqom ("Sumqayıt") - 4 qol
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Vüqar Həsənli
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Zirə İdman Kompleksinin stadionu





















