"Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi
Milli komandaların oyunları ilə bağlı Misli Premyer Liqasında yaranan fasilə başa çatır. Mediaxeberleri.Az xəbər verir ki, bu gün çempionatda 2-ci dövrəyə - 12-ci tura start verilir.. İlk oyun günündə iki görüş keçiriləcək. Əvvəlcə "Karvan-Yevlax" "Kəpəz"i qabul edir. Bölgə təmsilçisi bu turdan başlayaraq ev oyunlarını təmirdən çıxmış doğma arenasında keçirəcək. Beləliklə, 16 illk fasilədən sonra Premyer Liqa oyunlaırı Yevlaxa qayıdıb. Qeyd edək ki, bu gün Yevlaxa qonaq komanda kimi gedəcək "Kəpəz"in də ev oyunlarını bu arenada keçirilməsinə qərar verilib. Günün digər matçında isə lider "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. Bir oyun az keçirən "Qarabağ"ın hazırda 23, "Sumqayıt"ın isə 20 xalı var. Azarkeşlərin maraqla gözlədiyi görüşün start fiti saat 19:00-da veriləcək. 21 noyabr (cümə) 14:00. “Karvan-Yevlax” – “Kəpəz” - 1:2 Qol: Luis Paçu, 14 (0:1), Araz Abdullayev, 31 (1:1), Rauf Hüseynli, 76-pen. (1:2) Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli VAR: Elçin Məsiyev AVAR: Namiq Hüseynov Yevlax şəhər stadionu 19:00. “Sumqayıt” – “Qarabağ” Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev VAR: Kamal Umudlu AVAR: Akif Əmirəli Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 22 noyabr (şənbə) 15:00. “Araz-Naxçıvan” – “Turan Tovuz” 17:30. “Zirə” – “Qəbələ” 23 noyabr (bazar) 15:00. “Sabah” – “Şamaxı” 17:30. “Neftçi” – “İmişli” Bombardirlər: Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol Coy-Lens Mikels ("Sabah") - 6 qol Bassala Sambu ("Neftçi") - 4 qol Aleksandr Ramalinqom ("Sumqayıt") - 4 qol 






















