Azərbaycan Premyer Liqasında qəribə olay - Video
Misli Premyer Liqasının 12-ci turunda hazırda keçirilən “Karvan-Yevlax” - "Kəpəz" matçında xoşagəlməz hal yaşanıb. Mediaxeberleri.Az xəbər verir ki, oyunun 28-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Azər Həşimov müdafiəçi Vüsal Məsimovu Əli Abdullayevlə əvəz etmək istəyib. Ancaq Məsimov meydandan çıxmayıb. Hətta komanda yoldaşlarının da onu meydanı tərk etməyə razı sala bilməyib. Nəticədə əvəzetmə baş tutmayıb və Vüsal matça davam edib.
Oxunub: 22
Xəbəri paylaş
Paylaş:





















