"1000 manata qədər maaş alanlar vergilərdən azad olunsun" - DEPUTAT
"Hamımız bilirik ki, Azərbaycanda hazırda ərzaq məhsullarının qiyməti artıb, keyfiyyətli ət, yağ kasıblar üçün əlçatmaz olub”. Mediaxeberleri.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, sosial vəziyyət ağırlaşanda ölkədə dini ekstremist vəziyyət yaranır, cinayətkarlıq artır: "Əməkhaqqından vergi güzəştləri yaxşıdır. Amma təklif edirəm ki, 1000 manata qədər maaş alanlar bütün vergilərdən azad olunsun. 2500-ə qədər maaş alanlar üçün 3% vergini normal sayıram, amma bunu 1000-2500 manat maaş alanlara tətbiq etməliyik. Bunu etməyə maliyyə vəsaitimiz imkan verir".

Oxunub: 24
Xəbəri paylaş
Paylaş:





















