Azərbaycan D-8 Media Mükəmməlik Mərkəzinin yaratmağı və ev sahibliyi etmək təklifini irəli sürüb
"Azərbaycan D-8 Media Mükəmməlik Mərkəzinin yaradılması təşəbbüsünü müsbət qiymətləndirir. Mediaxeberleri.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Pakistanın informasiya və televiziya-radio yayımı üzrə federal naziri Attaulla Tarar Bakıda keçirilən "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumunda bildirib. "D-8 Media Forumu kollektiv fəaliyyət üçün güclü platforma yaradır. Üzv dövlətlərimiz təcrübə mübadiləsindən, razılaşdırılmış strategiyalardan və birgə təşəbbüslərdən əhəmiyyətli fayda əldə edə bilər. Bu baxımdan bir neçə əməkdaşlıq istiqamətini təklif etmək istərdim. Azərbaycan hökuməti tərəfindən təşəbbüs edilmiş Media Mükəmməllik Mərkəzinin yaradılması uzun müddətdir gözlədiyimiz bir addımdır. Biz bunu yüksək qiymətləndiririk və əməkdaşlığa hazırıq. Müvafiq nazirliklərin və media ekspertlərinin nümayəndələrindən ibarət birgə işçi qrupun yaradılmasını təklif edirəm. Bu qrup davamlı bilik mübadiləsini təmin ermək üçün mütəmadi olaraq, o cümlədən onlayn formatda toplana bilərdi", - o qeyd edib.





















