DÇ-2026: “Pley-off”un püşkü atıldı
2026-cı ildə ABŞ, Meksik və Kanadada təşkil olunacaq dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarının püşkü atılıb. Mediaxeberleri.Az xəbər verir ki, mərasim FİFA-nın mənzil qərargahında keçirilib. Pley-off oyunlarında iştirak edəcək millilər qrup mərhələsində 2-ci yeri tutan 12 komanda, həmçinin Millətlər Liqasının 4 Liqa qalibidir (hansı ki, Avropa kvalifikasiyasında öz qruplarını 2-ci yerdən aşağıda başa vurublar). Hər pley-off yolu iki yarımfinal cütlüyündən ibarətdir. Hər cütlükdə "səpələnmişlər" və "səpələnməmişlər" səbətində yer alan bir komanda iştirak edir. 1-ci səbət komandası 4-cü səbət komandası ilə, 2-ci səbət komandası isə 3-cü səbət komandası ilə qarşılaşacaq. Püşkün nəticəsinə əsasən, Türkiyə millisi pley-off-da Rumıniya komandası ilə görüşəxək. Bu cütün qalibi pley-off-un finalında Slovakiya – Kosovo cütünün qalibi ilə qarşılaşacaq. Türkiyə qalib gəlsə, pley-off-un finalında matçı səfərdə keçirəcək. 2026 Dünya Kuboku Avropa seçmələrinin pley-off cütləri belədir: A yolu İtaliya – Şimali İrlandiya qalibi / Uels – Bosniya və Herseqovina qalibi B yolu Ukrayna – İsveç qalibi / Polşa – Albaniya qalibi C yolu Türkiyə – Rumıniya qalibi / Slovakiya – Kosovo qalibi D yolu Danimarka – Şimali Makedoniya qalibi / Çexiya – İrlandiya Respublikası qalibi Yarımfinallar 26 mart 2026-cı il, final oyunları isə 31 mart 2026-cı il keçiriləcək.





















