Misli Premyer Liqası: XII tura iki oyunla start verilir
Mediaxeberleri.Az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Açılış qarşılaşmasında "Karvan-Yevlax" "Kəpəz"i qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək. "Karvan-Yevlax" klubu 5 xalla 11-ci, Gəncə təmsilçisi isə 3 xalla sonuncu pillədə qərarlaşıb. Günün ikinci oyununda "Sumqayıt" klubu öz meydanında "Qarabağ" komandası ilə üz-üzə gələcək. Bu matç saat 19:00-da başlayacaq. "Sumqayıt" klubu 20 xalla beşinci, "Qarabağ" komandası isə 23 xalla birinci sıradadır. Misli Premyer Liqası XII tur 21 noyabr 14:00. "Karvan-Yevlax" - "Kəpəz" Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli. VAR: Elçin Məsiyev. AVAR: Namiq Hüseynov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: İlham Əliyev. Yevlax şəhər stadionu. 19:00. "Sumqayıt" - "Qarabağ" Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev. VAR: Kamal Umudlu. AVAR: Akif Əmirəli. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Zümrüd Ağayevа. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq.
Misli Premyer Liqasında XII tura bu gün start veriləcək.





















