DÇ-2026-nın 42 iştirakçısı müəyyənləşdi - SİYAHI
2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının daha qırx iki iştirakçısı müəyyənləşib. Mediaxeberleri.Az xəbər verir ki, dünən keçirilən oyunlardan sonra meydan sahibləri ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya, Belçika, Kurasao, Panama və Haiti mundialın final mərhələsinə vəsiqə qazandığı müəyyənləşib. Daha 6 iştirakçı isə "play-off" oyunlarından sonra rəsmiləşəcək. Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.





















