Mediaxeberleri.az
    
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU

Son xəbərlər :
  • Azərbaycan millisi Tacikistana qalib gəldi
  • AMEA-da “I Türkoloji Qurultayı arxiv sənədlərində” kitabının təqdimatı keçirildi https://crossmedia.az/az/article/107452
  • Qazaxda icra başçısı şəhid Məmməd Mərdanovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib
  • Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT
  • Uşaqları şəhid etdilər, bizə terrorçu deyirlər - Pezeşkian
  • Parlamentdə şok: Deputat narkotik istifadə edib? - Video
  • Trampla Netanyahu sağ qurtula bilməyəcək - Rzayi
  • Azərbaycan domenlərinə qarşı hücumlar oldu
  • Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu
  • Bakıda əməliyyat: saxlanılanlar var - Video
  • 1673-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
  • Yağış yağacaq, dolu düşəcək - Bu tarixdə
  • Şəhid Tahir Əliyev ziyarət olunub
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 40 ilin həkimini işdən çıxarmışdı - Vəzifəsindən azad edildi
  • Orxan Yusibov bu mərkəzə rəhbər təyin olundu
  • Azərbaycanlılara görə divarları yazanlar həbs olundu
  • ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirildi
  • Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi - Məhkəməni uddu
  • Skuterdən yıxılan 42 yaşlı kişi öldü
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

REGİONLARDAKl İŞSİZLİYİN SƏBƏBİ NƏDİR? - Bu rayonlarda 3 ayda yeni iş yeri açılmayıb + SİYAHI

  • Tarix: 18-11-2025, 19:37

Bu ilin üçüncü rübü (iyul-sentyabr) ərzində Azərbaycanda ümumilikdə 28 min 836 yeni iş yeri açılıb. Rəsmi məlumatlara əsaslanan hesabata görə, ən çox yeni iş yeri Bakı şəhərinin payına düşüb — ümumi göstəricinin 78%-i və ya 22 min 434 iş yeri paytaxtda yaradılıb. Bakı rayonları arasında lider Nərimanov rayonu olub.

Bu rayonda 3 ay ərzində 4 min 19, Nəsimi rayonunda isə 3 min 988, Yasamalda 2 min 990, Xətaidə 2 min 791, Səbaildə 2 min 609, Binəqədidə 2 min 194 yeni iş yeri açılıb. Digər paytaxt rayonlarında isə göstəricilər belədir: Sabunçu -1 446, Nizami - 1103, Suraxanı - 453, Xəzər - 561, Pirallahı - 7 yeni iş yeri.

Regional göstəricilərə baxdıqda isə vəziyyət olduqca fərqlidir. Belə ki, Bakının ardınca ən çox yeni iş yeri Sumqayıtda (838), Abşeronda (717), Şirvanda (572), Zaqatalada (487) və Qubada (483) açılıb.

Qeyd edək ki, ölkənin 6 rayonunda - Babək, Culfa, Kəngərli, Sədərək, Şahbuz və Xızı - üçüncü rübdə heç bir yeni iş yeri yaradılmayıb.

Naxçıvan Muxtar Respublikasında vəziyyət bir qədər fərqlidir. Muxtariyyətin şəhər və rayonları arasında yalnız Naxçıvan şəhərində 89, Ordubadda 2 və Şərurda 2 yeni iş yeri qeydə alınıb.

Ümumi vəziyyətə baxdıqda da görmək olur ki, rəqəmlər 2025-ci ilin üçüncü rübü ilə əksərən eynidir və ölkə üzrə ən çox iş yeri paytaxt Bakıda yaradılıb. Belə ki, 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 48,9 min yeni iş yeri açılıb. Məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 92,1%-i qeyri-dövlət sektorunda açılıb.

Yeni açılmış iş yerlərinin 74,7%-i Bakı şəhərinin, 1,1%-i Naxçıvan Muxtar Respublikasının, 24,2%-i digər regionların payına düşüb. Regionlar arasında ən çox yeni iş yeri Abşeron-Xızı (8,3%), Quba-Xaçmaz (2,6%), Şəki-Zaqatala (2,5%), Gəncə-Daşkəsən (2,3%), Qarabağ (2,1%) və digər bölgələrə aiddir.

Yeni iş yerlərinin 10,8%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,6%-i mövcud müəssisə və təşkilatlarda, 0,5%-i isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda yaradılıb.



İqtisadçı Xalid Kərimli qeyd edir ki, regionlarda iş yerlərinin az açılmasının əsas səbəbi ölkədə qeyri-neft sektorunun zəif inkişafıdır. Onun sözlərinə görə, qeyri-neft iqtisadiyyatı inkişaf etmədiyi üçün sahibkarlar regionlarda yeni iş yeri açmaqda maraqlı deyillər.

X. Kərimli hesab edir ki, sahibkarlar yalnız bir halda yeni iş yeri açmağa maraqlı olurlar: orada pul qazanmaq imkanı olduğu halda. Lakin regionlarda bazar kiçik, satış imkanları məhdud olduğu üçün biznes təşəbbüsləri zəif qalır.

İqtisadçı vurğulayır ki, dövlətin açdığı iş yerləri çox vaxt səmərəsiz və artıqdır: “Dövlət o qədər mənasız və qeyri-səmərəli iş yerləri açıb saxlayıb ki, bu artıq problemə çevrilib. İnkişaf etmiş bazar iqtisadiyyatlarında dövlətin yaratdığı məşğulluq ümumi məşğulluğun 20–30%-dən artıq olmur. Azərbaycanda isə dövlət və özəl sektor arasında 50/50 nisbəti var ki, bu da normal bazar iqtisadiyyatı modelinə uyğun deyil.”

İqtisadçının fikrincə, özəl sektorun böyüməməsinin bir neçə səbəbi var: coğrafi mövqenin əlverişsizliyi (okeana çıxışın olmaması), qonşu ölkələrdəki geosiyasi gərginlik, sanksiyalar və yüksək logistik xərclər bunlardan bəziləridir. Azərbaycandan mal ixrac etmək baha başa gəlir, halbuki, Türkiyə və Gürcüstanın tranzit üstünlüyü var, Azərbaycanda isə bu daha çətin və xərclidir.

X. Kərimli hökumətin qeyri-neft sektorunda uğursuzluqlarını vurğulayaraq, bu sahənin inkişafına effektiv şəkildə yanaşılmadığını bildirir. O, ixracyönlü iqtisadiyyatın stimullaşdırılmasının və turizm potensialının reallaşdırılmasının vacib olduğunu qeyd edir.

İqtisadçı həmçinin quru sərhədlərinin bağlı olmasının ölkə iqtisadiyyatı üçün ciddi məhdudiyyət yaratdığını bildirir: “Quru sərhədləri bağlıdır, gediş-gəliş çətindir, nəticədə ölkə qapalı vəziyyətə düşüb. Gürcüstana getmək 1000–1500 manata başa gəlir. Belə şəraitdə iqtisadi aktivlik necə artsın?”

X. Kərimli qeyd edir ki, iqtisadiyyatın əsasən Bakıda formalaşması regionların inkişafına mane olur: “Sahibkarlar da satış bazarına yaxın olmaq üçün bizneslərini Bakıda qururlar. Niyə sahibkar Ağdaşda biznes açsın? Alıcı, bazar, resurslar Bakıdadır.”



Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafının ciddi məhdudiyyətlərə məruz qaldığını bildirir: “Naxçıvanda biznes açmaq çətindir. Məhsulun daşınması və göndərilməsi böyük problemdir. Naxçıvanın blokadadan çıxması iqtisadi canlanma üçün vacibdir.”

X. Kərimli, Naxçıvan üçün tətbiq edilən vergi güzəştlərinin faydalı olacağına, amma ən əsas amilin Zəngəzur dəhlizinin açılması olduğuna inanır.

Rəsmi məlumata görə, 2025-ci ilin noyabrın 1-i vəziyyətinə görə, Azərbaycanda işsizlərin sayı 278,9 min nəfər olub. İşsizlik səviyyəsi 5,2% təşkil edir. İqtisadi fəal əhalinin sayı isə 5 milyon 381,5 min nəfər olub, onlardan 5 milyon 102,6 min nəfəri məşğul əhali təşkil edib.

Ölkənin müxtəlif şəhər və rayonlarında yeni açılmış iş yerləri aşağıdakı kimidir:

Gəncə – 214

Qəbələ – 209

Bərdə – 199

Tovuz – 111

İmişli – 124

Xankəndi – 131

Mingəçevir – 52

Göygöl – 51

İsmayıllı – 45

Lənkəran – 44

Ağdam – 41

Göyçay – 40

Samux – 37

Cəlilabad – 36

Neftçala – 34

Zəngilan – 32

Siyəzən – 33

Qax – 30

Ağcabədi – 30

Şuşa – 29

Sabirabad – 27

Cəbrayıl – 27

Salyan – 26

Qazax – 21

Kürdəmir – 20

Zərdab – 18

Yevlax – 18

Saatlı – 17

Gədəbəy – 16

Ağdərə – 14

Xocavənd – 14

Ağdaş – 13

Ağstafa – 13

Oğuz – 12

Yardımlı – 12

Kəlbəcər– 12

Qobustan – 11

Masallı – 9

Xocalı – 7

Ağsu – 5

Qubadlı – 5

Hacıqabul – 5

Daşkəsən – 4

Şabran – 4

Ucar – 3

Naftalan – 2

E. Bəyməmmədli, 


Oxunub: 400
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:10 | Azərbaycan millisi Tacikistana qalib gəldi
    Dünən, 21:29 | AMEA-da “I Türkoloji Qurultayı arxiv sənədlərində” kitabının təqdimatı keçirildi https://crossmedia.az/az/article/107452
    Dünən, 21:20 | Qazaxda icra başçısı şəhid Məmməd Mərdanovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib
    Dünən, 20:16 | Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT
    Dünən, 19:08 | Uşaqları şəhid etdilər, bizə terrorçu deyirlər - Pezeşkian
    Dünən, 19:07 | Parlamentdə şok: Deputat narkotik istifadə edib? - Video
    Dünən, 19:05 | Trampla Netanyahu sağ qurtula bilməyəcək - Rzayi
    Dünən, 19:03 | Azərbaycan domenlərinə qarşı hücumlar oldu
    Dünən, 19:02 | Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu
    Dünən, 19:00 | Bakıda əməliyyat: saxlanılanlar var - Video
    Dünən, 18:59 | 1673-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
    Dünən, 17:41 | Yağış yağacaq, dolu düşəcək - Bu tarixdə
    Dünən, 14:20 | Şəhid Tahir Əliyev ziyarət olunub
    Dünən, 14:19 | Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Dünən, 14:16 | 40 ilin həkimini işdən çıxarmışdı - Vəzifəsindən azad edildi
    Dünən, 14:14 | Orxan Yusibov bu mərkəzə rəhbər təyin olundu
    Dünən, 14:01 | Azərbaycanlılara görə divarları yazanlar həbs olundu
    Dünən, 13:56 | ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirildi
    Dünən, 13:17 | Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi - Məhkəməni uddu
    Dünən, 13:14 | Skuterdən yıxılan 42 yaşlı kişi öldü
    Dünən, 13:12 | Masazırda yük və minik maşınları toqquşdu: ölən var
    Dünən, 13:11 | Sabah 35 dərəcə isti olacaq
    Dünən, 12:39 | Şəhid Amil Tanırverdiyevin üçüncü ildönümü qeyd olunub
    Dünən, 11:23 | İlham Əliyev əfv sərəncamı imzaladı
    Dünən, 07:55 | Süni intellektin təhlükəli potensialı ilə bağlı xəbərdarlıq: Viruslar yarada bilir?
    Dünən, 07:53 | Dünyanı “super bit” basacaq - Xəbərdarlıq
    Dünən, 07:51 | Payız fəsli Azərbaycana daxil olub
    Dünən, 07:31 | Güclü pul və enerji axını: yaxın günlərdə həyatında kəskin dönüş yaşayacaq BÜRCLƏR
    Dünən, 07:28 | Azərbaycanlı sənətçinin Rusiyaya girişinə qadağa qoyuldu
    Dünən, 07:27 | FİFA-dan Türkiyə komandasına ağır cəza
    Dünən, 01:07 | Azərbaycan bu şəxslər üçün quru sərhədi açır
    Dünən, 01:02 | Zamin durmadan öncə 2 dəfə düşünün – BORCDAN ƏLAVƏ ÖHDƏLİKLƏR
    Dünən, 00:58 | 60 qəpikdən domino oynayanlar 3000 manat cərimələndi
    Dünən, 00:55 | Bu rayona dolu düşdü: Yollara, ağaclara ziyan dəydi
    Dünən, 00:53 | Prezident: "Erməni silahlı qüvvələrinə Kəlbəcər və Laçından çıxmaları üçün 2-3 həftə vaxt verilmişdi" - Video
    Dünən, 00:51 | Bəzi ərazilərdə işıq olmayacaq
    Dünən, 00:50 | Prezident işğal dövründə Ermənistanın 60 min hektar meşə fondunu məhv etməsini qabardıb - Video
    Dünən, 00:45 | Sumqayıtda təmir olunmayan yollar: Yaşıl Dərənin küçələri palçıqdan nə zaman azad olunacaq? - Video
    Dünən, 00:42 | Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - Video
    22-09-2026, 22:49 | İcra başçısı bu gün mətbəxində yanğın hadisəsi baş vermiş Qazax Rayon Psixiatriya Xəstəxanasında xəstələr üçün yaradılmış şəraitlə yerində tanış olub
    22-09-2026, 22:37 | Ağstafanın bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq
    22-09-2026, 22:25 | Bu ərazilərdə işıq olmayacaq
    22-09-2026, 22:23 | Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazandı
    22-09-2026, 21:56 | "Fənərbağça"nın futbolçusu klubdan ayrılmaq istəyir - Foto
    22-09-2026, 21:48 | Bu universitet üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək
    22-09-2026, 21:45 | İlham Əliyev: Ağdərə rayonunda artıq işlərə başlanılmışdır - VİDEO
    22-09-2026, 21:43 | Bakıdakı ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
    22-09-2026, 21:41 | İran aviaşirkətlərinə bilet alanların nəzərinə...
    22-09-2026, 21:20 | Qazaxda 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Can verənlər, can qurtaranlar - Şəhidlər unudulmur!” başlıqlı tədbir keçirilib
    22-09-2026, 19:06 | Bu qurumlar sabahdan distant iş rejiminə keçir
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.