DÇ-2026-nın seçmə mərhələsi: Son oyunlar keçiriləcək
2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində bu gün son qarşılaşmalar baş tutacaq. Mediaxeberleri.Az xəbər verir ki, günün bütün matçları eyni vaxtda - 23:45-də start götürəcək. Mərhələnin son oyun günündə Avstriya millisi Bosniya və Herseqovina ilə, Belarus Yunanıstanla, Belçika Lixtenşteyn ilə, Bolqarıstan Gürcüstan millisi ilə, Kosovo İsveçrə ilə, Rumıniya San-Marino ilə, Şotlandiya Danimarka ilə, İspaniya Türkiyə ilə, Uels Şimali Makedoniya ilə, İsveç isə Sloveniya ilə üz-üzə gələcək. 18 noyabr DÇ-2026 seçmə mərhələsi Saat 23:45, Avstriya - Bosniya və Herseqovina; Saat 23:45, Belarus - Yunanıstan; Saat 23:45, Belçika - Lixtenşteyn; Saat 23:45, Bolqarıstan - Gürcüstan; Saat 23:45, Kosovo - İsveçrə; Saat 23:45, Rumıniya - San-Marino; Saat 23:45, Şotlandiya - Danimarka; Saat 23:45, İspaniya - Türkiyə; Saat 23:45, İsveç - Sloveniya; Saat 23:45, Uels - Şimali Makedoniya.





















