Mediaxeberleri.az
    
  • Dollar ucuzlaşır? - AÇIQLAMA
    Dollar ucuzlaşır? - AÇIQLAMA
  • 
  • Neft sürətlə ucuzlaşır, qızıl bahalaşır - Ekspert
    Neft sürətlə ucuzlaşır, qızıl bahalaşır - Ekspert
  • 
  • Hansı balıqları yemək təhlükəlidir? - ARAŞDIRMA
    Hansı balıqları yemək təhlükəlidir? - ARAŞDIRMA
  • 
  • Bu içkidən qəfil imtina miqrenə səbəb ola bilər
    Bu içkidən qəfil imtina miqrenə səbəb ola bilər
  • 
  • “Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”
    “Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”
  • 
  • Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib
    Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib
  • 
  • Ağstafaya dolu düşdü - Foto
    Ağstafaya dolu düşdü - Foto
  • 
  • Qurban Qurbanov gedənlər və gələnlər haqda danışdı - MÜSAHİBƏ
    Qurban Qurbanov gedənlər və gələnlər haqda danışdı - MÜSAHİBƏ
  • 
  • Xətaidə konsert proqramı... - Foto
    Xətaidə konsert proqramı... - Foto
  • 
  • PREZİDENTDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT - Hüseyn Əliyev kimdir?
    PREZİDENTDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT - Hüseyn Əliyev kimdir?
  • 
  • Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR
    Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR
  • 
  • Qızıl kəskin ucuzlaşdı
    Qızıl kəskin ucuzlaşdı
  • 
  • Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
    Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
  • 
  • Nəriman Həsənzadənin son durumu...
    Nəriman Həsənzadənin son durumu...
  • 
  • "RUSİYADA NİFRƏTİN YENİ HƏDƏFİ MİQRANTLAR OLACAQ...” – “Soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qayıtması qaçılmaz ola bilər”
    "RUSİYADA NİFRƏTİN YENİ HƏDƏFİ MİQRANTLAR OLACAQ...” – “Soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qayıtması qaçılmaz ola bilər”
  • 
  • MB qaydaları dəyişdi: onlayn kredit belə veriləcək
    MB qaydaları dəyişdi: onlayn kredit belə veriləcək
  • 
  • Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti ilə bağlı xəbər var
    Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti ilə bağlı xəbər var
  • 
  • Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
    Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
  • 
  • Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN
    Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN
  • 
  • DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
    DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
  • 
  • Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
    Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya

Son xəbərlər :
  • Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı addım - "Təcili" statusu əlavə edildi
  • Lətifə belə dincəlir
  • İcra başçısı onu özünə müavin təyin etdi
  • Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - TƏBİB
  • Yanlış hesaba köçürülən pulu necə geri almaq olar? – Hüquqşünas AÇIQLADI
  • “Erməni soyqırımı”: 32 aylıq məhkəmə və 1921-ci il qərarı
  • DÇ finalında fasilə 25 dəqiqə olacaq - Səbəb
  • Samuxda kütləvi zəhərlənmə...
  • Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?
  • Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
  • Ukrayna 116 gəmi vurdu - Rusiya ixracı iflic oldu
  • Hava xəbərdarlığı: intensiv yağış, dolu...
  • Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu
  • Prezident 1 sərəncam, 4 fərman imzaladı
  • İspaniyanı finala aparan qələbə - Video
  • Azərbaycan XİN Türkiyəni Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib
  • Əkrəm Həsənov: “İstehsal Azərbaycanda aşağı səviyyədədir, çünki sahibkarlıq üçün normal investisiya şəraiti yoxdur”
  • Neft bahalaşdı
  • ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yaydı - YENİLƏNDİ
  • Gündə nə qədər şokolad yemək olar?
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“İNDİYƏ KİMİ AQRAR SAHƏNİN İNKİŞAF KONSEPSİYASI YOXDUR” – “Nazir 9 hektarda nə əkdi, nə becərdi ki, cəmi 14.000 manat gəlir əldə etdi?”

  • Tarix: 17-11-2025, 19:23

Kənd təsərrüfatı sahəsi üzrə tanınmış mütəxəssis Vahid Məhərrəmli Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun Milli Məclisdə büdcə müzakirələri zamanı çıxışındakı aqrar sektorun vəziyyəti ilə bağlı dəyərləndirmələrini və ümumilikdə bu sahənin problemlərini “AzPolitika”-ya şərh edib. 

Müsahibəni təqdim edirik:



- Vahid müəllim, Milli Məclis komitələrinin birgə iclasında gələn ilin büdcə layihəsi ilə bağlı müzakirələrdə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, son illər Azərbaycanın kənd təsərrüfatı sahəsinin tənzimlənməsi istiqamətində institusional dəyişikliklər aparılıb, dövlət dəstəyinin həcmi və effektivliyi artırılıb. Həqiqətənmi dövlət dəstəyinin effektivliyi artırılır?

- 2017-ci ildən başlayaraq kənd təsərrüfatı sahəsinə ayrılan dövlət vəsaitlərinin həcmi artırılır. Bununla yanaşı, 2023-cü ildən bu yana ərzaqlıq buğda istehsalı ilə məşğul olanlara hər 1 ton buğda üçün 100 manat məhsul subsidiyası və 210 manat əkin subsidiyası verilir. Son zamanlar kənd təsərrüfatına, xüsusən də strateji əhəmiyyət kəsb edən buğda istehsalı üçün ayrılan subsidiyaların məbləği artsa da, buğda istehsalında ciddi azalmaların olduğunu müşahidə edirik. Belə ki, 2025-ci ildə ilkin çəkidə 1584 min ton buğda istehsal edilmişdir ki, bu da 2024-cü ilə nisbətən 98,8 min ton, 2023-cü ilə nisbətən isə 243,3 min ton azdır. Bu müddət ərzində buğdanın məhsuldarlığı 33,8 sentnerdən 31 sentnerə düşmüşdür. Son 6 ildə isə buğda istehsalı 587 min ton, yəni 27% azalıb.

21 il əvvəl kənd təsərrüfatına subsidiya ayrılmayanda buğda istehsalı indikindən 30,3 min ton çox idi. Belə ki, 2004-cü ildə Azərbaycanda ilkin çəkidə 1614,3 min ton buğda istehsal edilmişdi. Xatırladım ki, əhalinin sayı 2004-cü ildə 8349,1 min nəfərdən 2025-ci ildə 10224,9 min nəfərə qədər artıb. O zamandan ilndiyədək ölkə əhalisinin sayı 1 milyon 875,8 min nəfər, yəni 22,4% artmasına baxmayaraq, buğda istehsalı azalmışdır.

Demək olar ki, son 20 ildə buğda istehsalı ilə bağlı vəziyyət pisləşib. Baxmayaraq ki, 2007-ci ildən başlayaraq sahənin inkişafı adı ilə dövlət büdcəsindən milyardlarla manat vəsait ayrılıb.

- Nazir deputatların suallarına cavab olaraq deyib ki, əgər biz ərzaq təhlükəsizliyindən danışırıqsa, o zaman məhsuldarlığın artırılması məsələsini düşünməliyik. Məsələ daha çox sahə əkmək və ya daha çox adam işlətmək deyil, əməyin səmərəliliyini və effektivliyini artırmaqdır. Bu barədə nə deyə bilərsiniz?

- Artıq 2 il 6 ay Kənd Təsərrüfatı naziri işləmiş məmurun “məhsuldarlığın artırılması məsələsini düşünməliyik” deməsi o, deməkdir ki, o, nə iş görəcəyini, sahənin inkişaf etdirilməsi ilə bağı hansı strategiyanı hazırlayacağını hələ də bilmir. O, hələ düşünməlidir...

Məcnun müəllim deyir ki, “məsələ daha çox sahə əkmək və ya daha çox adam işlətmək deyil”. Yaxşı olardı ki, desin, konkret olaraq Azərbaycan reallığında əməyin səmərəliliyini və effektivliyini necə artırmaq istəyir? Hədəfin “sahəyə, yəni hektara düşən məhsuldarlığı artırmaq” olduğunu başa düşürük. Belə çıxışları 30 ildir eşidirik. Nazirlik konkret olaraq hansı tədbirləri həyata keçirməklə “hektara düşən məhsuldarlığı artırmaq” istəyir?

Məcnun Məmmədov iki il yarımdır ki, Kənd Təsərrüfatı Nazirliyinə rəhbər vəzifəyə gətirilib, amma indiyə kimi aqrar sahənin inkişaf konsepsiyası yoxdur. Baxmayaraq ki, Məcnun Məmmədovun tərcümeyi-halında qeyd edilir ki, o, Kənd Təsərrüfatı naziri vəzifəsinə gətirilməzdən əvvəl aqrar bizneslə bağlı bir layihədə proqram iştirakçısı, 2018-ci ildən "Agro Food İnvestment" MMC-də direktor olub. Və 2022-ci ildən Hollandiyanın Wageningen Universiteti ilə Tilburg Universitetinin birgə magistr proqramı olan "Qida və Aqrobiznesdə İdarəetmə" ixtisası üzrə təhsil alıb.

- Nazir deyir ki, “kənddə yaşayan hər kəs kənd təsərrüfatı ilə məşğul olacaq” fikrindən daşınmalıyıq: "Kənddə yaşayan insanlar üçün alternativ iş imkanları yaradılmalıdır. Əks halda, biz qeyri-effektiv aqrar iqtisadiyyat əldə edirik. Ona görə də bizim əsas prioritetimiz fermerlərin gəlirlərinin artırılması istiqamətində effektivliyin artırılmasıdır”...

- Qəribədir. Kənddə yaşayan hər kəs onsuz da kənd təsərrüfatı ilə məşğul olmur. Kənd təsərrüfatı məhsulu istehsalı ilə çox az sayda kəndlilər məşğul olur. Ona görə ki, kənddə suvarma suyu, keyfiyyətli toxum materialı, keyfiyyətli gübrə, pestisid, texnika, soyuq anbar çatışmazlığı səbəbindən pay torpağı alan kəndlilərin əksəriyyəti Rusiyaya, Belarusa, Ukraynaya və digər ölkələrə, Bakı, Sumqayıt şəhərlərinə köçüblər. Kəndlərdə mövcud olan torpaq sahələrinin 90 faizindən bütöv şəkildə, yəni hissələrə bölünmədən istifadə edilir. Məcnun müəllim istəsəydi, faliyyətə başladığı birinci ayda torpaqlardan istifadə ilə bağlı dəqiq məlumat əldə edərdi. Çox təəssüf...

- Nazir statistika təqdim edib ki, hazırda ölkədə bir təsərrüfata orta hesabla 1,7 hektar sahə düşür. Onun sözlərinə görə, bu qədər sahə ilə bir fermerin ailəsini təmin etməsi mümkün deyil: “Hesablamalara görə, minimum illik gəlir (bir ailənin 4 nəfərlik tərkibini nəzərə alsaq) 14.000 manat olmalıdır və bu gəliri əldə etmək üçün 9 hektar orta əkin sahəsi lazımdır. Taxılçılıqda bu göstərici 33 hektar, meyvəçilikdə isə 3-5 hektardır. Ona görə də kənd təsərrüfatında məhsuldarlığın və əlavə dəyər yaradan məhsulların payının artırılmasına çalışırıq”. Bu haqda nə deyə bilərsiz?

- Məcnun müəllim nazir vəzifəsinə təyin edilən zamanlarda ölkədə real olaraq bir təsərrüfata orta hesabla neçə hektar əkin sahəsi düşdüyünü müəyyən etməli idi. Çox təəssüf ki, onun məlumatı reallığı əks etdirmir. Əgər ölkədə bir təsərrüfata orta hesabla 1,7 hektar sahə düşərdisə, ölkədə 3,2 milyon ton taxıl, 1,9 milyon ton tərəvəz, 930 min ton kartof istehsalı mümkün olmazdı. Məcnun müəllimin dediyi həqiqət olsaydı, Azərbaycana indikindən 10 dəfə çox texnika lazım olardı.

İxtisasca mühasib olan Məcnun müəllimin hesablamasına da münasibət bildirmək istəyirəm. Onun hesablamalarına görə, minimum illik gəlir (bir ailənin 4 nəfərlik tərkibini nəzərə alsaq) 14.000 manat olmalıdır və bu gəliri əldə etmək üçün 9 hektar orta əkin sahəsi lazımdır. Görəsən, Məcnun müəllim 9 hektarda nə əkdi, nə becərdi ki, 14.000 manat gəlir əldə etdi? Hesab edirəm ki, bu cür yanaşma manipulyasiyadır! Açıq-aydın görünür ki, bu cür hesablama kənd təsərrüfatındakı geriləmələri ört-bastır etmək məqsədi ilə aparılıb. Mən isə 9 hektar yox, Məcnun müəllimin çox az hesab etdiyi 1,7 hektarın üzərində hesablama aparacam.

Konkret misal çəkim. Şəmkir rayonunun Sabirkənd kəndində eyni sahədə ildə iki dəfə kartof yetişdirirlər. May ayında faraş kartofu çıxarıb kilosunu topdan 60 qəpiyə, noyabr ayında isə kilosunu 1 manatdan satırlar. Məcnun müəllimin az hesab etdiyi 1,7 hektardan 80 tonadək məhsul əldə edilir. Əgər Məcnun müəllim suvarma suyu ilə təminatı davamlı təşkil edərsə, 1,7 hektardan 100 tondan çox məhsul əldə etmək olar. Təqdim etdiyim rəqəmləri əsas götürərək hesablasınlar, 1,7 hektar sahədən il ərzində nə qədər gəlir əldə etmək olar?



Suvarılan sahələrdə (ölkə üzrə 1,4 milyon hektar) ildə iki dəfə məhsul götürmək olur. Əgər Məcnun müəllim suvarma suyu, keyfiyyətli toxum, gübrə ilə təminatı davamlı təşkil edərsə, 1,7 hektarda iyun ayında 10 tondan çox arpa, sentyabr ayının sonlarında 12-14 ton qarğıdalı dəni almaq olar. Bu da il ərzində orta hesabla 27 min yem vahidi edir. Məcnun müəllim işçilərinə tapşırıq versin, onlar da hesablasınlar, əgər həmin kəndli həm də kökəltmə ilə məşğul olarsa, onun gəliri il ərzində nə qədər olar?

- Nazir deyir ki, dənli bitkilərin əkin sahəsi azalıb. Onun sözlərinə görə, dənli bitkilər ən az dəyər yaradan məhsullardır. Bildirib ki, son 5 ildə 30.000 hektara yaxın yeni meyvə bağları salınıb və bu bağlar həm iş yeri baxımından, həm də gəlirlilik baxımından daha səmərəlidir… 

- Məcnun müəllim nazirliyin əsas vəzifəsinin ərzaq təhlükəsizliyinin təminatı olduğunu unutmamalıdır. Dənli bitkilər ən çox dəyər yaradan məhsullardır. Gündəlik ən çox tələb olunan çörək, ət, süd, pendir, kərə yağı, yumurta və sair məhsullar dənli bitkilərin məhsulları hesabına əldə edilir və həmin məhsulların qiyməti gün-gündən artır. Azərbaycanın ən çox ixrac etdiyi xurma isə bu il ağacların başında qalıb çürüyür. Mən Məcnun müəllimə məsləhət görərdim ki, müqayisə edəndə dərindən analiz etsin, sonra fikir bildirsin. 

E.Rüstəmli


Oxunub: 466
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 18:53 | Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı addım - "Təcili" statusu əlavə edildi
    Bu gün, 18:38 | Lətifə belə dincəlir
    Bu gün, 18:36 | İcra başçısı onu özünə müavin təyin etdi
    Bu gün, 18:24 | Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - TƏBİB
    Bu gün, 17:55 | Yanlış hesaba köçürülən pulu necə geri almaq olar? – Hüquqşünas AÇIQLADI
    Bu gün, 17:47 | “Erməni soyqırımı”: 32 aylıq məhkəmə və 1921-ci il qərarı
    Bu gün, 17:43 | DÇ finalında fasilə 25 dəqiqə olacaq - Səbəb
    Bu gün, 17:38 | Samuxda kütləvi zəhərlənmə...
    Bu gün, 17:34 | Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?
    Bu gün, 17:31 | Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
    Bu gün, 16:32 | Ukrayna 116 gəmi vurdu - Rusiya ixracı iflic oldu
    Bu gün, 16:31 | Hava xəbərdarlığı: intensiv yağış, dolu...
    Bu gün, 16:28 | Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu
    Bu gün, 16:26 | Prezident 1 sərəncam, 4 fərman imzaladı
    Bu gün, 10:17 | İspaniyanı finala aparan qələbə - Video
    Bu gün, 10:14 | Azərbaycan XİN Türkiyəni Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib
    Bu gün, 10:12 | Əkrəm Həsənov: “İstehsal Azərbaycanda aşağı səviyyədədir, çünki sahibkarlıq üçün normal investisiya şəraiti yoxdur”
    Bu gün, 10:10 | Neft bahalaşdı
    Bu gün, 08:54 | ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yaydı - YENİLƏNDİ
    Bu gün, 08:25 | Gündə nə qədər şokolad yemək olar?
    Bu gün, 08:23 | ABŞ İrana qarşı növbəti zərbələr seriyasına başlayıb - ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yaydı
    Bu gün, 08:21 | Astroloqdan iddia: Bu tarixdə Putin hakimiyyəti sona çatacaq
    Bu gün, 08:19 | Azərbaycanlıların da olduğu vurulan gəmidən görüntülər - Video
    Dünən, 15:41 | Ağdərədə qəzada ər-arvad həyatını itirdi
    Dünən, 15:36 | Kərəcdə məhbuslar aclıq aksiyası keçirirlər
    Dünən, 15:33 | Abşeronda mühüm tədbir keçirildi - Foto
    Dünən, 15:24 | Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
    13-07-2026, 11:22 | Bakıda I sinfə qəbul üçün 37 mindən çox müraciət qeydə alınıb
    13-07-2026, 11:20 | Tarixi abidələrlə bağlı YENİ QƏRAR imzalandı
    13-07-2026, 11:18 | Gömrük Məcəlləsində dəyişiklik - Qeyri-qida istehlak mallarıyla əlaqədar idxal nəzarət mexanizmi yaradılacaq
    13-07-2026, 10:26 | Azərbaycan Prezidenti: Avropa Komissiyası ilə münasibətlərdən çox razıyıq
    13-07-2026, 10:24 | Pensiya alanlara ŞAD XƏBƏR
    13-07-2026, 10:20 | Bakıda baş verən yanğında 3 nəfər zəhərləndi
    13-07-2026, 10:18 | AZAL "Great Place to Work" sertifikatı ilə təltif olundu
    12-07-2026, 23:05 | Tovuz döyüşləri: 6 il əvvəl baş verənlər - VİDEO
    12-07-2026, 22:46 | IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış olublar
    12-07-2026, 22:02 | Magistral boru partladı, 6 kənd susuz qaldı
    12-07-2026, 21:29 | Krımda dəhşət yaşanır - benzinin litri...
    12-07-2026, 21:21 | 38 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürdü
    12-07-2026, 21:19 | İran ABŞ-a məxsus qanadlı raketi vurdu
    12-07-2026, 21:16 | Çexiyada faciə: Motoyarış zamanı iki idmançı öldü
    12-07-2026, 21:14 | Müşfiqabadda açıq sahədə yanğın baş verdi
    12-07-2026, 21:12 | İranın cənubunda partlayışlar baş verdi
    12-07-2026, 21:08 | İranın zərbələri - Küveyt rəsmi açıqlama yaydı
    12-07-2026, 21:06 | İranın zərbələri - Küveyt rəsmi açıqlama yaydı
    9-07-2026, 11:47 | Tanışına 3 bıçaq zərbəsi vuran şəxsə 6 il 6 ay həbs cəzası: “Özümü müdafiə etdim”
    9-07-2026, 11:45 | Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
    9-07-2026, 11:40 | İran ABŞ-ın hərbi obyektlərini vurdu
    9-07-2026, 11:38 | Qonşunu izləyən kamera qanunsuz sayıla bilər - Ali Məhkəmə
    8-07-2026, 21:50 | Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.