Azərbaycan millisi Fransaya məğlub oldu
DÇ-2026-nın seçmə mərhələsinin oyununda bu gün üz-üzə gələcək Azərbaycan və Fransa millilərinin start heyətləri bəlli olub. Mediaxeberleri.Az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar. Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rəhman Daşdəmirov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Emin Mahmudov (k), Renat Dadaşov, Xəyal Əliyev, Elvin Bədəlov, Ceyhun Nuriyev, Abdulla Xaybulayev, Qismət Alıyev. Fransa: Luka Şevalye, Malo Qyusto, Kefrren Türam, Kristofer Nkunku, Uqo Ekitike, Manes Akliuş, İbrahima Konate (k), Uorren Zair-Emeri, Jan-Filipp Mateta, Lukas Ernandes, Teo Ernandes Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:00-da start götürəcək. *** DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan - Fransa oyunu başlayıb. Tofiq Bəhramov adına Respublika stadionundakə qarşılaşma saat 21:00-da start götürüb. Matçı latviyalı Andris Treymanis idarə edir. *** DÇ-2026-nın seçmə mərhələsi 16 noyabr D qrupu 21:00. Azərbaycan - Fransa - 1:3 Qol: Renat Dadaşov, 4 (1:0), Jan-Filipp Mateta, 17 (1:1), Maqnes Akliuş, 30 (1:2), Hefren Türam, 45+1 (1:3) Hakimlər: Andris Treimanis, Haralds Gudermanis, Aleksey Spasennikovs, Vitalis Spasyoņņikovs (Latviya) VAR: Kley Ruperti (Niderland) AVAR: Kristaps Ratnieks (Latviya) 21:00. Ukrayna - İslandiya






















